Icma.az
close
up
RU
Makron dilucu da olsa, təbrik etməyə məcbur oldu

Makron dilucu da olsa, təbrik etməyə məcbur oldu

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopenhagendə Fransa Prezidenti Emmanuel Makron ilə görüşü olub. Fransa lideri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə əlaqədar nəticələr münasibətilə dövlətimizin başçısını təbrik edib.

Maraqlıdır, Makron təbrikində nə qədər səmimidir?

Redaktor.az-a danışan politoloq Samir Hümbətovun fikrincə, Makron o qədər də səmimi deyil.

Onun sözlərinə görə, beynəlxalq vəziyyət Makronu məcburən də olsa səmimi olmağa vadar edir:

"Çünki sülh müqaviləsini imzalamaq üçün o prosesdə iştirak edən tərəflərdən biri Amerika Birləşmiş Ştatlarıdır. Hansı ki, Fransa onun qarşısında çox da səs çıxara bilmir. Azərbaycan artıq Fransanı fakt qarşısında qoyub. Yəni bu məsələyə qədər Fransa iddia edirdi ki, guya Azərbaycan Ermənistan ərazilərini işğal etmək, ermənilərə qarşı etnik təmizləmə aparmaq istəyir və s. Amma 8 avqust razılaşması artıq hər şeyi həll etmiş oldu. Makron fakt qarşısında qalaraq özünü səmimi göstərməyə çalışır. Düşünürəm ki, elə şərait yarandığı halda, yəni istər-istəməz reallıqla barışmalı olur".

Müsahibimiz vurğuladı ki, bu şəraiti Azərbaycan dövləti və Azərbaycan prezidentinin diplomatiyası yaradıb:

"Mövcud vəziyyətdə Ermənistanla əldə edilmiş razılaşmalar təkcə Fransanı deyil, digər ölkələri də fakt qarşısında qoyub. Makron təbrik etməli idi. Əgər etməsəydi, bu, artıq Fransanın sülh məsələsində mövqeyinin mövcud şəraitə uyğun olmadığını, Fransanın regionla bağlı tamamilə sülh istəmədiyinin açıq və bariz nümunəsi olardı. Ona görə də nisbətən özlərini bir növ maskalamaq üçün Makron dilucu da olsa sülh məsələsi, yəni tərəflər arasında əldə edilmiş razılaşma ilə bağlı təbrik etməyə məcbur oldu".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Oktyabr 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri