Makron enerji məsələləri üzrə G7 görüşünü çağıracaq
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransa Prezidenti Emmanuel Makron yaxın həftələrdə enerji məsələlərinə həsr olunmuş G7 ölkələrinin görüşünün çağırılacağını elan edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Makron Yelisey sarayında siyasi partiyaların liderləri və prezidentliyə namizədlərlə görüşündən sonra bildirib.
Onun sözlərinə görə, görüş xüsusilə "Böyük yeddilik" ölkələri arasında enerji ehtiyatları səviyyələrinin əlaqələndirilməsində irəliləyişin əldə edilməsinə yönəldiləcək:
"Bu, G7 ölkələri və əsas tərəfdaşlarımız arasında gərginliyin qarşısını almağa imkan verəcək".
E.Makron həmçinin qeyd edib ki, görüş iştirakçıları strateji ehtiyatların sərbəst buraxılmasının mümkün variantlarını nəzərdən keçirəcəklər.
Fransa Prezidenti təsdiqləyib ki, hakimiyyət dizel yanacağı və qaz tədarükünün təmin edilməsi üzərində işləyir. Onun sözlərinə görə, Fransa artıq zəruri ehtiyat səviyyəsinə çatıb və onun qaz anbarları qış mövsümünə qədər doldurulacaq.
O, həmçinin bildirib ki, bu gün Avropa səviyyəsində qazın saxlanması məsələsi ilə bağlı, eləcə də qiymətlərin və enerji daşıyıcılarının qiymət strukturunun aşağı salınması üzrə bütün mümkün tədbirləri sürətləndirmək üçün Avropa Komissiyasının sədri ilə əlaqə saxlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 18 Sentyabr 2026 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















