Icma.az
close
up
RU
Makron: Fələstinin tanınması mənəvi borcdur

Makron: Fələstinin tanınması mənəvi borcdur

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransa prezidenti Emmanuel Makron Fələstin dövlətinin tanınmasının “mənəvi borc” olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Makron Sinqapura səfəri zamanı keçirdiyi mətbuat konfransında Fələstinlə bağlı açıqlamalar verib.

Fələstin dövlətinin tanınmasının mənəvi bir vəzifə və siyasi zərurət olduğunu vurğulayan Makron, bu tanınmanın baş verməsi üçün qarşılanmasını gözlədiyi şərtlərdən danışıb.

Makron bu çərçivədə Fələstin dövlətinin İsraili tanıması və bu ölkənin təhlükəsizlikdə yaşamaq haqqını tanıması, HƏMAS-ın tərksilah edilməsi, HƏMAS-ın Fələstin idarəçiliyində iştirak etməməsi və məhbusların azad edilməsi kimi şərtləri açıqlayıb.

Makron vurğulayıb ki, İsrail yaxın saatlarda və günlərdə Qəzza zolağındakı humanitar vəziyyətə uyğun həll təklif etməsə, ölkəyə qarşı daha sərt ortaq mövqe nümayiş etdirilməlidir.

Fransa prezidenti bəyan edib ki, belə bir halda Avropa İttifaqı (Aİ) öz qaydalarına əməl etməli, insan hüquqlarına hörməti ilkin şərtə çevirən proseslərə son qoymalı və sanksiyalar tətbiq etməlidir.

"Biz daha sərt mövqe tutmalıyıq, çünki bu gün bu, zərurətdir. Amma ümid edirəm ki, İsrail öz mövqeyini dəyişəcək və sonda humanitar həll olacaq", - Makron bildirib.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 30 May 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri