Makron fövqəladə iclas çağırdı: Avropa liderləri təcili toplanır
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Fransa Prezidenti Emmanuel Makron Avropa liderlərini bazar ertəsi Parisdə fövqəladə sammitə çağırıb.
Axar.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski şənbə günü Münhen Təhlükəsizlik Konfransında deyib.
Sikorski bildirib ki, Prezident Makronun liderləri Parisə dəvət etməsindən çox məmnundur və Avropa liderlərinin ABŞ Prezidenti Donald Trampın onlara qarşı çağırışlarını çox ciddi müzakirə edəcəklərini gözləyir.
“Trampın fəaliyyət metodu var, ruslar buna “kəşfiyyat döyüşü” deyirlər – döyüşdə kəşfiyyat döyüşü: siz sıxırsınız və nə baş verdiyinə baxırsınız, sonra öz mövqeyinizi dəyişirsiniz. Biz reaksiya verməliyik”, - Sikorski vurğulayıb.
Görüşdə Britaniya Baş naziri Keyr Starmerin iştirak edib-etməyəcəyi bəlli deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 15 Fevral 2025 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















