Makron: “Fransa Qəzza sülh planının bütün mərhələlərində iştirak etmək niyyətindədir”
Icma.az, Ayna saytına istinadən bildirir.
"Girovların azad edilməsi ilə İsrail, Qəzza və bütün region üçün sülh mümkün olacaq”
Fransa ABŞ-ın təklif etdiyi Qəzza sülh planının bütün mərhələlərində iştirak etməyi planlaşdırır. AYNA.AZ xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “X” sosial media platformasında yazıb.
O qeyd edib ki, Fələstinin HƏMAS hərəkatı tərəfindən girovların azad edilməsi İsrail və Qəzza arasında sülh nizamlanmasına müsbət təsir göstərəcək.
"Girovların azad edilməsi ilə İsrail, Qəzza və bütün region üçün sülh mümkün olacaq. Fransa səfərbər etdiyi ərəb tərəfdaşları ilə birlikdə Prezident Trampın planının bütün mərhələlərində iştirak edəcək", deyə yazıb.

Fransa İsrailin müdafiəsində iştirak edəcək Makron
14 İyun 2025 00:16
Makron: Fransa Fələstini tanıyacaq
09 Aprel 2025 23:19
Makron Fransa hökumətini istefaya göndərib
06 Dekabr 2024 10:54
Makron Fransa üçün təhlükə yaradır
14 Mart 2025 16:29
Makron Fransa ordusuna müraciət edib...
14 İyul 2025 18:41

