Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Azərbaycan benzini hansı ölkələrə satır?

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Makron Fransası Gürcüstanı xaosa sürükləyir ŞƏRH

Makron Fransası Gürcüstanı xaosa sürükləyir ŞƏRH

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransa prezidenti Emmanuel Makron "trend"dən geri qalmayaraq Gürcüstanı şantaj kampaniyasına qoşulub. O, Tbilisinin daxili işlərinə qarışmağa, etirazları dəstəkləməyə, qonşu bu ölkə ilə bağlı pozucu aktiv siyasətə başlayıb.

Gürcüstanda yeni prezident seçildikdən sonra orada yenidən vəziyyəti gərginləşdirməyə, yeni siyasi böhran yaratmağa çalışılır. Bu böhranın önündə isə Fransa vətəndaşlığı olan prezident Salome Zurabişvili durur. Səlahiyyət müddəti bu gün başa çatan xanım prezident istefa verməkdən imtina edib və iqamətgahda müdafiəyə hazır olduğunu açıqlayıb.

Makron hakimiyyəti də bu vəziyyətdən istifadə etməyə çalışır. Elə Salomenin əmr və tapşırıqları ondan aldığı da sirr deyil. Bir sıra ciddi mənbələrə görə, Gürcüstan prezidenti postuna gətirilən bu xanım ilk gündən Fransadan aldığı təlimatlar üzrə hərəkət edib, hətta yerli KİV-də “Fransa casusu olan prezident” kimi də qələmə verilir.

Gürcü mediasında yer alan xəbərlərə görə, Makron "Gürcü Arzusu"nun qurucusu, Fəxri Legion ordeninin kavaleri Bidzina İvanişviliyə zəng edib. Təxminən bir saat davam edən danışıqlarla bağlı Yelisey sarayı yaydığı məlumata görə, Makron vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı təhdidləri, eləcə də hüquq-mühafizə orqanları tərəfindən dinc nümayişçilərə və jurnalistlərə qarşı zorakılığı pisləyib.

Bundan əlavə, o, “özbaşına həbs edilənlərin azad olunmasını, fikir və toplaşmaq azadlığına hörmət edilməsini tələb edib” xəbərini yayıb.

Bu da birbaşa rəsmi Parisin ölkənin daxili işlərinə qarışmasının bariz nümunəsidir. Makronun fikrincə, Tbilisi Avropa inkişaf yolundan yayınıb: “Vəziyyəti düzəltmək üçün "Gürcü Arzusu" gürcü xalqının demokratik ruhuna hörmət edərək bütün siyasi qruplar və vətəndaş cəmiyyəti nümayəndələri ilə inklüziv dialoqa başlamalıdır”.

"Gürcü Arzusu" isə məsələyə fərqli şərh verib. Partiyadan bildirilib ki, Makron Qafqaz respublikasının hakim elitasını tənqid etməyib, əksinə, kütləvi etiraz aksiyaları ilə əlaqədar onlara rəğbət göstərib və bu vəziyyətin tam həllinə "kömək etməyə hazır" olduğunu bildirib.

Maraqlıdır ki, bu telefon danışığından əvvəl S.Zurabişvili doğulub böyüdüyü Fransaya səfər edib. O, Paris Notr-Dam kilsəsinin bərpadan sonra açılış mərasimindən istifadə edərək təkcə Makronla deyil, həm də ABŞ-nin seçilmiş prezidenti Donald Trampla danışıqlar aparıb. Öz dediyinə görə, söhbətlər zamanı o, "oğurlanmış parlament seçkilərini və gürcü xalqına qarşı son dərəcə narahatedici repressiyaları ifşa edib".

Ehtimal olunur ki, Zurabişvili gələcək fəaliyyət üçün Fransadan müəyyən əmr və tapşırıqlar alıb. Bunu da yaxında həyata keçirməyə çalışacaq.

Makronun zəngi, Zurabişvilinin səfəri gürcü cəmiyyətində də hakimiyyətə təzyiq kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilir. Məsələn, "Dəyişiklik Koalisiyası"nın liderlərindən biri Zurab Caparidze hesab edib ki, Makron İvanişviliyə son xəbərdarlığını edib.

“Güman edirəm ki, ölkədə baş verənlər Fransa üçün qəbuledilməzdir və əgər belə davam edərsə, Paris müəyyən tədbirlər görə bilər və hətta Avropa İttifaqının "Gürcü Arzusu"na təzyiqində aparıcı rol oynaya bilər", - əlavə edib.

"Gürcü Arzusu"nda isə fərqli düşünürlər. Hesab edirlər ki, Makronun İvanişviliyə zəngi müxalifətə məğlubiyyətlə barışmaq siqnalıdır. Belə ki, hakim partiyanın üzvü Levan Maxaşvili hesab edir ki, Paris Tbilisi ilə münasibətləri qarşılıqlı hörmət əsasında davam etdirməyə hazırdır.

"Hər iki tərəf bu gün üçün vacib olan bütün məsələləri, o cümlədən Gürcüstanda baş verən prosesləri ətraflı müzakirə edib... Gördüyümüz tədbirlərin mütləq nəticə verəcəyini gözləyirik. Ən əsası odur ki, parlament dinc fəaliyyətini davam etdirir. Bu zəng münasibətlərin qarşılıqlı hörmət əsasında davam etməsinə kömək edəcək və bizdə olan bütün destruktiv proseslər dayanacaq", - deyə Maxaşvili bildirib.

Bunu isə Makronun ikili oyunu ilə izah etmək olar. Fransa lideri anlayır ki, Qərbin, xüsusən də ABŞ-nin Gürcüstanda vəziyyəti nəzarətdən çıxarmaq, ölkədə qarşıdurma yaratmaq cəhdi baş tutmayacaq. Bu səbəbdən də indiki hakimiyyətlə kompromisə getməyə çalışır.

Görünən odur ki, Gürcüstan keçmiş tərəfdaşları tərəfindən görünməmiş təzyiqə məruz qalır. Necə deyərlər, vətəndaşlar “seçkilərdə səhv səs verdiklərinə görə” cəzalandırılır. Qərb iddia edir ki, bu ölkədə həm parlament, həm də prezident seçkiləri ciddi pozuntularla keçib. Halbuki seçki pozuntularının miqyası ümumiyyətlə onların nəticələrini şübhə altına alacaq qədər böyük deyil. Seçkidən sonrakı etirazların miqyası da seçkilərdə kütləvi pozuntuların sübutu sayılacaq qədər böyük deyil.

Digər bir məqam ondan ibarətdir ki, Avropa və Amerika "demokratiya qiymətləndiriciləri" Ermənistanda Nikol Paşinyanın antikonstitusion addımları bir dəfə də olsun müzakirə olunmayıb. Konstitusiya Məhkəməsini özünə tabe edən, siyasi rəqiblərini "asfalta döşəyəcəyini" və ya "divara yapışdıracağını" vəd edən baş nazirə "gözün üstə qaşın var" da deyən olmayıb.

Bu fonda Qərbin Gürcüstanı "ram etmək” “tərbiyələndirmək" cəhdləri ikili yanaşmanın bariz nümunəsidir. Lakin inqilab ssenarisi baş tutmadı və nəticədə Qərb təkcə Gürcüstanda deyil, regionda sürətlə mövqelərini itirməkdədir.

Bəllidir ki, Azərbaycana qarşı qarayaxma kampaniyasının önündə gedən Makron birtərəfli qaydada Ermənistanı müdafiə edir, bölgədə sülh və əmin-amanlığın bərpasına mane olur. Qarabağın azadlıq müharibəsi başa çatdıqdan sonra daha da aqressivləşən Yelisey sarayı Ermənistanı revanşizmə sürükləyir, onu silahlandırır.

Elə bu gün Ermənistan müdafiə naziri Suren Papikyanın Parisə səfərinin təşkili də bu siyasətin tərkib hissəsi adlandırılmalıdır. İndi də analoji olaraq müstəqil xarici siyasət yeridən Gürcüstan iqtidarı hədəfə alınır.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://report.az
archiveBu xəbər 16 Dekabr 2024 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see366

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see358

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see354

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see325

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see251

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see238

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see233

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see231

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see227

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see222

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see218

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see209

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see207

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see201

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see196

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see194

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see190

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see164

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri