Icma.az
close
up
RU
Makron hakimiyyətinin rəzaləti: Fransalı nazirin sayıqlaması

Makron hakimiyyətinin rəzaləti: Fransalı nazirin sayıqlaması

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Bir neçə gün sonra Bakıda BMT-nin ən ali tədbirlərindən biri - İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Adından da göründüyü kimi, bu, təkcə Azərbaycanın deyil, tərkibində 200-ə yaxın dövləti birləşdirən bir qurumun - BMT-nin toplantısıdır.

Təəssüflər olsun ki, mötəbər tədbir ərəfəsində Fransa və onun sözü ilə oturub-duran Avropa Parlamenti hər vəchlə onu aşağılamağa, boykot etməyə çağırışlar səsləndirir. Avropa Parlamenti, Norveç, eləcə də Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin yer aldığı siyahıya Fransanın ekoloji keçid, energetika, iqlim və risklərin qarşısının alınması naziri Anyes Panye-Runaşe də qoşulub.

Erməni lobbisinə yaxınlığı ilə seçilən nazir hər kəsi təəccübləndirəcək bir çıxış edib. Bildirib ki, Bakıda keçiriləcək COP29-da iştirak edəcək, lakin heç bir fransız rəsmi Azərbaycan hakimiyyəti ilə ünsiyyət qurmayacaq.

İqlim problemləri bütün dünyanın diqqətində olan məsələdir, fransalı nazirin isə bu məsələyə siyasi don geyindirməsi riyakarlığın və qərəzin göstəricidir. "Azərbaycan hakimiyyəti ilə heç bir təmas olmayacaq", - deyən Anyes əlavə edib ki, konfransın Bakıda keçirilməməsini üstün tutardı. O, hətta üstüörtülü şəkildə Ermənistanı da aşağılayıb. "Keçən il iştirak etdiyimiz səsvermədə Azərbaycan növbəti iqlim konfransının keçirilməsi hüququnu Ermənistandan qazandı", - deyə o eyham vurub.

BMT tədbirinə siyasi don geyindirən nazir həmçinin deyib: "Azərbaycanla diplomatik dildə desək, mürəkkəb, çətin münasibətlərimiz var. Buna görə də Azərbaycan siyasətinin hər hansı elementlərini vurğulaya biləcək fransız rəsmiləri ilə heç bir tədbir olmayacaq".

Fransanın belə anormal, isterik mövqedə dayanmasına səbəb nədir? Bunu bir qədər aydınlaşdırmağa çalışaq. Əvvəla, ondan başlayaq ki, son bir neçə ildə Fransanın bölgəmizdə baş verən hadisələrə göstərdiyi münasibət heç bir diplomatik etikaya sığmayan, beynəlxalq hüquq normalarına uyğun gəlməyən və beynəlxalq münasibətlər sisteminin qanunauyğunluqlarına cavab verməyən ziddiyyətli bir münasibətdir. Bu da daha çox Fransa rəhbərliyinin, ayrılıqda Fransa Prezidenti Emanuel Makronun siyasətdə naşı adam olması ilə əlaqədardır.

Konkret Azərbaycana olan münasibət Makron Fransasının daxili və xarici siyasətinin deqradasiyaya uğramasının göstəricisidir. Bu, özünü təkcə Azərbaycana qarşı münasibətdə göstərmir. Fransanın daxili siyasətində, Avropa İttifaqı daxilində öz müttəfiqləri, eləcə də ABŞ və NATO ilə münasibətlərdə də deqradasiya meyillərini görməmək mümkün deyil.

Fransanın anti-Azərbaycan mövqe sərgiləməsinin digər bir səbəbi, şübhəsiz ki, rəsmi Bakının başlatdığı antimüstəmləkə fəaliyyətidir. Bəlli olduğu kimi, Fransanın tarixi müstəmləkəçilikdən ibarətdir. Bu siyasət bu gün də davam edir. Bu dövlət öz qəddarlığı ilə tarixin arxivində qalmaqdadır və müasir dünyaya da yaxşı məlumdur. Son illər isə bu siyasət iflasa uğrayır. Keçmiş müstəmləkələrindən qovulur, anti-Fransa aksiyalarının sayı artır. Başını itirən Makron hakimiyyəti isə günahkar kimi məhz Azərbaycanı görür. Onun Korsika və Yeni Kaledoniyaya qarşı siyasəti də bundan xəbər verir.

Rəsmi Paris Fransadan 9 min kilometr məsafədə yerləşən Yeni Kaledoniyada yerli xalqların tələbi ilə keçirilən seçkiləri və referendumları öz emissarları vasitəsilə saxtalaşdırır, həmin ərazilərdə qalmağa çalışır. Bu, Fransa siyasətinin qoruyub saxladığı müstəmləkəçilik xüsusiyyətləri ilə bağlıdır.

Ən acınacaqlısı odur ki, Fransa daxilində yaşananların əvəzini keçmiş müstəmləkələrindən çıxmağa çalışır. Rəsmi Paris hakimiyyətini, təsir gücünü qoruyub saxlamaq üçün dənizaşırı əyalətlərində, konkret olaraq Martinika və Qvadelupada terror törətməkdən çəkinmir. Təzyiq, komendant saatı, elektrik enerjisinin dayandırılması Martinikada kütləvi etirazlara səbəb olub.

Şübhəsiz ki, Fransanın Azərbaycana qarşı hücumlarının arxasında dövləti maraqlar yox, sadəcə erməni lobbisinə yarınmaq durur. Makron hakimiyyəti ümid edir ki, ermənilərin maddi və mənəvi dəstəyi ilə seçkilərdə uğur qazana biləcək. Lakin məsələ ondadır ki, Makron 7 illik idarəçiliyi ərzində ölkəni fəlakətə sürükləyib. Prezidentliyi dövründə seçicilərin etimadını və dəstəyini tam itirib. Onun uğursuz idarəçiliyi, səriştəsizliyi Fransanı addımbaaddım fəlakətə, böhrana sürükləyir. Hökumət böhranları, miqrantlara qarşı sərt tədbirlər, antisemitizm və sosial problemlər günbəgün artır. Bütün bunlar da prezident və komandasını çətin duruma salır. Hakimiyyət ciddi reytinq problemi yaşayır.

Fransanın, bütövlükdə Makron və komandasının atdığı addımlar psixi problemli adamı xatırladır. Belə olmasaydı, bəşəriyyətin ən ciddi problemi kimi qəbul edilən iqlim məsələlərinə siyasi don geyindirilməzdi. Lakin Makron əmin olsun ki, bütün səyləri kimi, bu cəhdi də nəticəsiz qalacaq.

"Report" İnformasiya Agentliyi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Noyabr 2024 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri