Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İran heç vaxt nüvə silahına malik olmamalıdır və ölkə hökuməti niyyətlərinin sülh xarakterli olmasına dair bütün zəmanətləri təqdim etmək öhdəliyi daşıyır. SİA xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı zamanı bildirib.
"Mənə İran Prezidenti Məsud Pezeshkian zəng edib. Ona İranın nüvə proqramı ilə bağlı dərin narahatlığımı bildirdim. İran heç vaxt nüvə silahına malik olmamalıdır və niyyətlərinin sülh xarakterli olmasına dair bütün zəmanətləri təqdim etmək öhdəliyi daşıyır. Əminəm ki, müharibədən çıxmaq və daha ciddi təhdidlərin qarşısını almaq üçün bir yol var. Bunun üçün biz Fransa və onun Avropadan olan tərəfdaşlarının İranla başlatdığı danışıqları sürətləndirəcəyik", - o, “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 21 İyun 2025 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















