Makron Nyu Yorkda Trampın kortejinə görə polis tərəfindən saxlanılıb
Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Bizimyol.info xəbər verir ki, bu barədə "Brut" internet portalı məlumat yayıb və hadisənin görüntülərini dərc edib.
“Bağışlayın, cənab prezident, indi yollar bağlanıb”, – deyə polis əməkdaşı Makrona izah edib. Bundan sonra Fransa prezidenti mobil telefonundan Trampa zəng edərək yaranmış vəziyyət barədə ona məlumat verib.
“Fikirləş, mən küçədə gözləyirəm, çünki hər yeri sənin üçün bağlayıblar”, – deyə Makron Trampa bildirib.
"Brut"un məlumatına görə, bundan sonra Makron Trampla söhbətini davam etdirib və BMT binasından Fransa və Səudiyyə Ərəbistanının təşəbbüsü ilə keçirilmiş konfransın başa çatdığı axşamda şəhərdə daha yarım saat piyada gəzib. Həmin konfransda Makron Fələstin dövlətinin tanınmasını bəyan etmişdi.
Bundan əvvəl BMT-nin Nyu-Yorkdakı qərargahında keçirilən konfransda Andorra, Belçika, Lüksemburq, Malta, San-Marino və Fransa Fələstin Dövlətini rəsmən tanıdıqlarını açıqlamışdılar.
21 sentyabr tarixində isə Avstraliya, Böyük Britaniya, Kanada və Portuqaliya da Fələstini rəsmən tanıdıqlarını bəyan etdilər. Onların bildirdiyinə görə, iki xalq üçün iki dövlət prinsipi həm fələstinlilər, həm də israillilər üçün sülh və təhlükəsizliyin açarıdır.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 23 Sentyabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















