Makron Papa seçkilərinə təsir etməyə çalışmaqda şübhəli bilinib
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İtaliyada Fransa prezidenti Emmanuel Makronu Roma Papasının seçkilərinə təsir etməyə və “Sant'Egidio” hərəkatı ilə əlaqələri vasitəsilə "öz" namizədini taxta irəli sürməyə çalışmaqda şübhəli biliblər.
"Report" xəbər verir ki, bu barədə "Le Monde" yazır.
Qeyd olunub ki, şübhələrə səbəb Papa Fransiskin ölümündən sonra Makronun Romada fransız kardinalları və “Sant'Egidio”nun rəhbəri ilə görüşləri olub.
Hərəkatdan mümkün namizəd kardinal Zuppidir.
Öz növbəsində, “Sant'Egidio” bəyan edib ki, Makron sadəcə proseslə maraqlanır, lakin müdaxilə etmir.
Qeyd edək ki, Roma Papası Fransisk aprelin 21-də vəfat edib.
Yeni pontifikin seçilməsi üçün Vatikanda konklav mayın 7-də toplanacaq.

Makron Papa seçkilərinə təsir etməyə çalışmaqda şübhəli bilinib
02 May 2025 20:43
Bayden Trampı Rusiyanı məmnun etməyə çalışmaqda ittiham etdi
07 May 2025 12:14
Makron müharibəyə hazırlaşmaqda şübhəli bilinir
11 May 2025 20:04
Makron Papa Fransisklə görüşəcək
23 Noyabr 2024 16:39
İlon Mask büdcə layihəsinin qəbulunu pozmağa çalışmaqda ittiham edilir
21 Dekabr 2024 22:10

