Icma.az
close
up
RU
Makron Rusiyanın Polşaya dron hücumuna münasibət bildirib: Bu, səhv deyildi

Makron Rusiyanın Polşaya dron hücumuna münasibət bildirib: Bu, səhv deyildi

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Son həftələrdə Rusiya pilotsuz uçuş aparatları bir neçə dəfə NATO ölkələri olan Polşa və Rumıniyanın hava sərhədlərini pozub. NATO təyyarələri buna cavab olaraq havaya qalxıb.

Bizimyol.info xəbər verir ki, "CBC News" bu məsələ ilə bağlı Fransa Prezidenti Emmanuel Makrona "ABŞ-ın keçmiş prezidenti Donald Trampın iddia etdiyi kimi, sadəcə bir səhv ola bilərmi?", - deyə sual verib.

Makron bunun təsadüfi olmadığını bildirib və qeyd edib ki, Rusiya bu addımı ilə NATO-nun zəif olmasını göstərmək istəyir: “Aydındır ki, Rusiya Avropada sabitliyi pozan və aqressiv gücdür. O, son həftələrdə Kiyevə hücumları artırıb, çoxlu sayda mülki şəxsi qətlə yetirib, Ukrayna hökumətinin, eləcə də Britaniya və Aİ-nin nümayəndəlik binalarını dağıdıb. Eyni zamanda, Polşa və Rumıniyanın hava məkanını pozub. Bu səhv deyil, planlı şəkildə həyata keçirilən hərəkətlərdir. Bu, Ukraynanın mümkün qədər çox ərazisini məhv etmək və rus xalqına NATO-nun hərbi gücünün zəif olmasını barədə dediklərini sübut etmək məqsədi daşıyır”, - deyə Makron bildirib.

Mətbuat qeyd edib ki, NATO bu insidentlərlə bağlı araşdırmalar aparır və hələlik rəsmi nəticə açıqlanmayıb.

Makron həmçinin bildirib ki, ABŞ Prezidenti Donald Tramp münaqişənin diplomatik yolla həllinə çalışır və bu məqsədlə Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə sammit təşkil edib. Lakin Makron hesab edir ki, Putin hələ də sülhə ciddi yanaşmır: “Trampın sülh istəyi olduğunu və bu istiqamətdə risklərə getdiyini düşünürəm. Ankoricdə sammit təşkil edib və danışıqlar üçün təşəbbüs göstərib. Amma təəssüf ki, Rusiya tərəfi bunu real addımlarla dəstəkləmir. Əksinə, biz diplomatik yollar axtararkən, Rusiya Donbas və Kiyevdə hücumları artırdı. Mən sadəcə faktlara baxıram və prezident Tramp da faktlara görə hərəkət edir”, - deyə o qeyd edib.

Makron bu səbəbdən Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinin vacib olduğunu deyib: “Biz sanksiyaları artırmalı və eyni zamanda Rusiyanı danışıqlar masasına qaytarmağın yollarını tapmalıyıq”.

O, həmçinin Vaşinqtonda keçirilən görüşü də xatırladıb. Həmin görüşdə Ukrayna Prezidenti Zelenski və Avropa liderləri Ukraynaya müharibədən sonra təhlükəsizlik zəmanətlərinin verilməsi üçün öhdəlik götürüblər: “Biz Avropa liderləri olaraq Vaşinqtonda Zelenski ilə birlikdə Ukraynaya təhlükəsizlik zəmanətləri verməyi öhdəmizə götürdük. Bir neçə gün əvvəl Parisdə "istəkli ölkələr koalisiyası"nı topladıq. Artıq 30 ölkə Ukraynaya gələcəkdə təhlükəsizlik təminatı vermək üçün birgə işləyir”, - deyə o əlavə edib.

Sonda Makron bildirib ki, indi əsas məqsəd Ukrayna ilə Rusiya arasında danışıqların təşkili və sülh müqaviləsinin şərtləri – ərazi bütövlüyü, təhlükəsizlik zəmanətləri, bərpa və eskalasiyanın qarşısının alınması kimi məsələlər üzrə razılığın əldə olunmasıdır.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 22 Sentyabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri