Icma.az
close
up
RU
Makron: “Son saniyəyədək işləyəcəyəm”

Makron: “Son saniyəyədək işləyəcəyəm”

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Fransa prezidenti Emmanuel Makron 2025-ci ilin son günündə ənənəvi Yeni il müraciəti ilə xalqa səslənib. On dəqiqədən az davam edən çıxışında prezident ölkənin daxili və xarici çətinliklərə baxmayaraq sabitliyini qoruduğunu bildirib.

Makron vurğulayıb ki, Fransada inflyasiya avrozonada ən aşağı səviyyələrdən biridir, işsizlik isə artmır. Bununla yanaşı, o, doğum səviyyəsinin azalması, təhlükəsizlik problemləri və ailələrin maliyyə çətinlikləri kimi daxili məsələlərin mövcudluğunu da etiraf edib. Prezidentin sözlərinə görə, ölkədə fikir ayrılıqları qalır, lakin əsas məqsəd islahatları davam etdirməkdir.

Prezident çıxışında Avropada davam edən müharibə və Yaxın Şərqdəki qeyri-sabitlik fonunda Fransadakı “nisbətən sakit” vəziyyətin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, Avropanın hərbi, sənaye və texnoloji müstəqilliyinin gücləndirilməsinin vacibliyini bir daha vurğulayıb.

Makron yanvarın 6-da Parisdə keçiriləcək “İstəkli ölkələr koalisiyası” sammitini də elan edib. Sammitdə Ukraynanın müdafiəsi və Rusiya ilə mümkün razılaşmadan sonra Avropada sülhün təmin olunması ilə bağlı konkret öhdəliklərin müzakirə ediləcəyi bildirilib.

2026-cı ili “faydalı il” adlandıran Fransa prezidenti hökumət və parlamentin büdcə ilə bağlı razılığa gəlməsinin vacibliyini qeyd edib. O, fermerlərin narazılığı fonunda sahibkarlar və kənd təsərrüfatı sektoru üçün qaydaların sadələşdiriləcəyini, uşaqların sosial şəbəkələrdən qorunmasının prioritet olduğunu bildirib.

Makron 2027-ci il prezident seçkilərinədək qalan vaxtı “gözləmə dövrü” hesab etmədiyini deyib. Prezident seçkilərin sakit və xarici müdaxiləsiz keçməsi üçün sabitliyin qarantı olacağını vurğulayıb və mandatının sonuna qədər fəal işləyəcəyini bildirib.

“Söz verirəm, son saniyəyədək işləyəcəyəm”, – deyə Emmanuel Makron çıxışını yekunlaşdırıb.

Səbuhi MƏMMƏDOV

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Yanvar 2026 20:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri