Makron: Sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Fransa ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişini alqışlayır.
Bakıvaxtı.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron bunu Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığını şərh edərkən "X" hesabında yazıb.
"Mən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması məqsədilə ABŞ-nin iştirakı ilə razılaşmanın əldə edilməsini bir daha alqışladım. Mən bu razılaşmanın tezliklə hər bir tərəfin maraqlarını nəzərə alan sülh sazişinin imzalanmasına və ratifikasiyasına gətirib çıxaracağına ümidvar olduğumu bildirdim", - Makron bildirib.
Fransa Prezidenti bütün regional iştirakçılar və tərəfdaşlarla əməkdaşlıq çərçivəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi də daxil olmaqla, cari səylərə dəstək və töhfə verməyə hazır olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 11 Avqust 2025 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















