Icma.az
close
up
RU
Makron: Trampın qayıdışı elektroşokdur, bu, Avropanı məcbur edir ki...

Makron: Trampın qayıdışı elektroşokdur, bu, Avropanı məcbur edir ki...

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransa prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampın Ağ Evə qayıdışını "elektroşok" adlandırıb. Onun sözlərinə görə, bu, Avropanı öz gələcəyi və Ukraynanın gələcəyi üçün məsuliyyət daşımağa sövq etməlidir.  

Qaynarinfo xəbər verir ki, bu barədə o, Financial Times-a müsahibəsində bildirib.  

Makron Avropanın müdafiə və iqtisadiyyat sahəsində "əzələlərini gücləndirməli" olduğunu vurğulayıb. O, yalnız prezident Vladimir Zelenskinin ölkəsi adından danışıqlar apara biləcəyini, "kapitulyasiya ilə nəticələnən sülhün" isə "hamı, o cümlədən ABŞ üçün pis xəbər" olacağını qeyd edib.  

"Bu mərhələdə yeganə sual ondan ibarətdir ki, Putin atəşkəsə səmimi, ardıcıl və inandırıcı şəkildə razılaşmağa hazırdırmı? Bundan sonra ukraynalılar Rusiya ilə danışıqlar aparmalıdır", – deyə o bildirib.  

Makron dünyanın hazırda "kollektiv ayıqlığı" qoruyub saxlamalı olduğunu vurğulayıb.  

O, Trampın Ağ Evə qayıdışını Avropa İttifaqını öz müdafiəsinə, iqtisadi və texnoloji dirçəlişinə investisiya qoymağa sövq edəcək bir təkan kimi təsvir edib.  

Bu, həm də onun "köhnəlmiş" adlandırdığı, 1992-ci ildə Aİ tərəfindən razılaşdırılmış fiskal və monetar sistemdən imtina edilməsini nəzərdə tutur.  

"Bu, Avropanın sürətini artırmalı və hərəkətə keçməli olduğu andır", – deyə o bildirib və Aİ üçün uğursuzluq riskinin mövcud olduğunu xəbərdar edib.  

Fransa prezidenti həmçinin Tramp administrasiyasının Avropanın Ukraynanın təhlükəsizliyini təmin etmək üçün məsuliyyət daşıdığı barədə mövqeyini dəstəkləyib. Onun sözlərinə görə, bu, nəslin dəyişməsi və Amerikanın xarici siyasət prioritetlərinin Avropadan Asiyaya yönəlməsi ilə əlaqədardır.  

"Tramp Avropaya deyir ki, bu yükü siz daşımalısınız. Mən isə deyirəm ki, biz onu öz üzərimizə götürməliyik", – Makron bildirib.  

Makron Tramp ilə həftənin əvvəlində telefon danışığından sonra ABŞ prezidentinin bu addımına "təəccüblənmədiyini" bildirib. Onun sözlərinə görə, Tramp problemin danışıqlar yolu ilə həlli üçün "imkan pəncərəsi" yaradıb və burada "hər kəs öz rolunu oynamalıdır".  

Onun fikrincə, ABŞ-ın rolu bu dialoqu "yenidən başlatmaq" və təşəbbüsü ələ almaqdır, çünki Tramp "strateji pozucu element" gətirib.  

Bundan əlavə, Fransa prezidenti vurğulayıb ki, Zelenski "müstəqil şəkildə" "ərazi və suverenlik məsələlərini" müzakirə edəcək. "Beynəlxalq ictimaiyyət, xüsusən də avropalılar isə təhlükəsizlik təminatlarını və ümumilikdə region üçün təhlükəsizlik çərçivəsini müzakirə etməlidir".  

Məlumata görə, 14 fevral, cümə günü keçiriləcək Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna və Rusiya nümayəndələrinin iştirakı ilə görüş gözlənilir. Bu barədə 13 fevralda ABŞ prezidenti Donald Tramp bəyan edib.  

Həmçinin ABŞ-ın vitse-prezidenti Cey Di Vens Münhendə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək.  

ABŞ dövlət katibi Marko Rubio isə bəyan edib ki, Tramp təkcə Ukraynada atəşkəsə nail olmağa çalışmır, həm də müharibənin tam başa çatmasını tələb edir.


Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Fevral 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri