Icma.az
close
up
RU
Makron: “Trampın siyasəti elektroşok effekti yaradıb”

Makron: “Trampın siyasəti elektroşok effekti yaradıb”

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

AzVision.azxəbər verir ki, Böyük Britaniyanın “Financial Times (FT)” qəzetinə müsahibəsində belə deyən Fransa prezidenti Emmanuel Nakron xarici sarsıntının Avropa İttifaqının (Aİ) özünü dövrün tələblərinə uyğun şəkildə yenidən qurmağa kömək edə biləcəyini vurğulayıb.
“Bu elektrik şokudur. Bizə asimmetrik impulslar, xarici impulslar lazımdır. Aİ-nin başqa seçimi yoxdur. Avropanın sürətini artırması və hərəkətə keçməsi vaxtıdır”, - Fransa prezidenti bildirib.
Onun fikrincə, “həddindən artıq strateji qeyri-müəyyənlik” ABŞ-dən “strateji asılılığı” saxlamaq ümidində olan Avropa ölkələrini ayıltmağa kömək edəcək.
- Çin satış bazarının, təhlükəsizliyi təmin edən Amerika çətirinin və hasilatı dəstəkləmək üçün ucuz Rusiya qazının olduğu bir model var idi, amma indi hər üç məqamı unuda bilərik”, - Makron deyib.
Onun sözlərinə görə, Avropa müdafiəyə sərmayə yatırmaqla, geniş iqtisadi inteqrasiya və daha zəif tənzimləmə yolu ilə ÜDM-in artımına, beləliklə də “strateji oyanışa” nail ola bilər. Avropanın gələcək hərbi potensialı ona “ABŞ-nin iştirakı olmadan belə” hərəkət etmək imkanı verməlidir. Bu proses isə 5-10 il çəkəcək.
"Bizə tam inteqrasiya olunmuş avropalı müdafiə, sənaye və texniki baza lazımdır. Bu, müdafiə xərcləri ilə bağlı adi müzakirələrdən çox kənara çıxır. Əgər biz yalnız ABŞ-dən asılılığımızı artırsaq, o zaman 20 ildən sonra da Avropanın suverenliyi problemini həll etməyəcəyik”, - Fransa prezidenti narahatlığını gizlətməyib.
Avropa danışıqlar stolu arxasında yer "tələb" edir Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra Ukrayna probleminin birbaşa Vaşinqton-Moskva dilaoqu çərçivəsində həll oluna biləcəyi perspektivi həm Kiyevdə, həm də Brüsseldə böyük təşvişə səbəb olub. Ukrayna-Aİ tandeminin onların iştirakı olmadan və mövqeləri nəzərə alınmadan bu problemin çözülməsinin qeyri-mümkünlüyü barədə verdikləri bəyanatlar məhz bununla izah edilir.
Avropanın özünün müdafiə qüvvələrinin yaradılması barədə Emmanuel Makronun səsləndirdiyi iddialar isə ilk dəfə deyil. Bir neçə gün əvvəl https://azvision.az/news/375505/--avropa-amerika-ile-sert-dialoqa-hazirdir--.html də bu “zərurəti” vurğulamışdı. Ümumiyyətlə, avropalı siyasətçilərin Avropanın NATO-dan kənar öz ordusunun yaradılması barədə az qala min dəfələrlə səsləndirdikləri bu bəyanatlar gəlişi gözəl sözlərdən başqa bir şey olmayıb.
Çünki təkbaşına Rusiyanın hərbi gücünə və Çinin iqtisadi-siyasi, habelə hərbi qüdrətinə duruş gətirə bilməyəcəyini anlayan “qoca qitə” ABŞ-nin qoltuğuna sığınmağın qaçılmaz olduğunu çox yaxşı bilir. Bu təhlükəsizlik çətirini təmin edən Vaşinqton isə vahid Avropa ordusunun təsisatı ideyasını birmənalı şəkildə rədd edir.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://azvision.az
archiveBu xəbər 14 Fevral 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri