Icma.az
close
up
RU
Makron Trampla qarşıdurmaya gedir

Makron Trampla qarşıdurmaya gedir

Icma.az bildirir, Bakupost portalına istinadən.


“ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda öz adını verdiyi Sülh İnstitutunda Sülh Şurasının iclasına ev sahibliyi edəcək. Sülh Şurası bu il yanvar ayında Davosda keçirilən iqtisadi forum çərçivəsində təsis olunub. Dəvət olunanlar arasında Azərbaycan Prezidenti İlham Əliyev də var idi. Ağ Ev sahibi təşkilata üzv dövlətlər vasitəsilə Qəzzanın yenidənqurma çalışmalarına və humanitar yardımlara 5 milyard dollardan çox vəsait toplamağı planlaşdırır. BMT-də olduğu kimi Sülh Şurasının daimi üzvlərinin də veto hüququ olacaq”.

Bakupost.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu açıqlamasında deyib.
Onun sözlərinə görə, Qəzzanın yenidən qurulması üçün 1 milyard dollar ödəməyən dövlətlər 3 il ərzində təşkilatda qeyri-daimi üzv statusuna malik olacaqlar:

“Maraqlıdır ki, ABŞ xaricində BMT-nin digər daimi üzvləri – Rusiya, Çin, Fransa və Böyük Britaniya Sülh Şurasında təmsil olunmayıblar. Almaniya və Hindistan da yeni təşkilatda yoxdurlar. Buna baxmayaraq, Avropa İttifaqının (Aİ) nümayəndəsi Vaşinqton toplantısında iştirak edəcək. Çünki, Tramp toplantıya qatılmayanları Qəzzanın yenidənqurulmasında iştirakına imkan verməyəcəyi ilə hədələyib. Aİ isə Qəzzanın yenidənqurulmasında iştirak etmək istəyir. Bu iştirak ittifaqa Yaxın Şərqdə mövqelərini qorumağa imkan verir”.
Politoloqun qeyd edib ki, Fransa Prezidenti Emmanuel Makron yeni təşkilata ən sərt münasibət bildirənlərdəndir:

““Fransa çoxtərəfli nizamı pozan və təhlükəsizliyi sövdələşmə predmetinə çevirən strukturlarda iştirak etməyəcək. Biz qapalı klublara deyil, BMT-nin legitimliyinə inanırıq” – deyən Makron Vaşinqtonun əvəzinə Dehliyə səfər edib. Makron Dehlidə süni intellekt sammitində iştirak edib. Qlobal Cənubda keçirilən ilk süni intellekt toplantısına 20-dən çox dövlət başçısı, 60 nazir və 500 qlobal süni intellekt lideri qatılıb. Fransa Prezidentinin sammitdə iştirakla yanaşı Hindistanın baş naziri Narendra Modi ilə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi mövzularını da müzakirə edib. Fransa Hindistana qırıcı təyyarələr satmaq istəyir. Söhbət 35 milyard dollar dəyərində 114 ədəd “Rafale” qırıcı təyyarəsinin Hindistana satılması perspektivindən gedir. Bu Hindistan tarixində ən böyük müdafiə müqaviləsi adlandırılıb. Ancaq tərəflər hələ qiymət məsələsində razılığa gəlməlidirlər. Çin və Pakistanla münasibətlərdə gərginlik yaşayan Hindistan dünyanın ən böyük silah idxalçılarından sayılır. Bu mənada Hindistanın hava qüvvələrinin modern təyyarələrə ehtiyacı var. Makron Hindistanın qlobal innovasiya və idarəetmə sahəsində artan roluna da diqqət çəkib. O buna missal olaraq dünyanın aparıcı texnologiya şirkətlərinə hindistanlı rəhbərlər başçılıq etdiyini göstərib.
Beləliklə, Vaşinqtonda Sülh Şurasının gələcək planları müzakirə edilərkən və ABŞ bu yolla ətrafında strateji tərəfdaş qrupu formalaşdırarkən, Paris Dehli ilə strateji əlaqələri gücləndirməyə qərar verib. Paris Dehli ilə ittifaq çərçivəsində Hind–Sakit okean strategiyasını gücləndirməyə çalışır”.
Cavid, BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 19 Fevral 2026 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see392

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see293

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see236

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see220

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see212

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see209

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see207

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see195

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see188

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see184

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see184

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see182

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see180

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see180

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see179

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see178

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see178

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see163

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see161

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri