Icma.az
close
up
RU
Makron Ukrayna böhranında oyunçu rolunu oynaya bilməz AÇIQLAMA

Makron Ukrayna böhranında oyunçu rolunu oynaya bilməz AÇIQLAMA

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransa artıq uzun müddətdir ki, Britaniya və Almaniyanın siyasi çəkisinin kölgəsində qalır



Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında ikitərəfli görüş üçün mümkün məkan kimi Cenevrəni təklif edib.

O, bu barədə TF1 telekanalına müsahibəsində bildirib.

Fransa lideri jurnalistin sualına cavab olaraq görüşün “2019-cu ildə olduğu kimi” Parisdə keçirilməsi ehtimalını rədd edib. O qeyd edib ki, vəziyyət “fərqli mərhələdədir” və “neytral ölkə” tapmaq lazımdır.

"Mən görüş üçün İsveçrə, Cenevrənin tərəfdarıyam. Yaxud başqa ölkə olacaq. Sonuncu dəfə Türkiyədə, İstanbulda ikitərəfli məsləhətləşmələr keçirilib".


Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Sherg.az-a deyib ki, Fransa liderinin ABŞ-də Ukrayna müharibəsi və sülh prosesinə dair aparılan danışıqlarda nüfuzlu və qərarverici fiqur sayıldığını hesab etmir:


"Emmanuel Makron dünən  Ağ Evdə Tramp, Zelenski və Avropa liderlərinin iştirakı ilə keçirilən müzakirələrə yalnız ikinci raunddan qoşuldu. Bu fakt özü göstərir ki, o, Avropa adından yekun qərar verəcək əsas şəxsiyyət deyil. Əslində Fransa artıq uzun müddətdir ki, Britaniya və Almaniyanın siyasi çəkisinin kölgəsində qalır. Halbuki 5 il əvvələdək bu ölkə dünyanın ən böyük müstəmləkə imperiyalarından birinə sahib dövlətlərdən biri idi. İndi isə Fransa öz təsir dairəsini sürətlə itirir, beynəlxalq sistemdə rolunun zəifləməsi getdikcə daha qabarıq görünür. Xüsusilə Makron dövründə bu geriləmə prosesi daha da sürətlənib. Fransa mədəniyyəti və diplomatiyası tarixi ənənələrə malik olsa da, hazırda ciddi tənəzzül mərhələsinə qədəm qoyub".


Ekspert qeyd edib ki, Makronun beynəlxalq siyasətdəki çıxışları və bəyanatları daha çox informasiya kanallarına mesaj ötürmək xarakteri daşıyır:

"Onun real təsir imkanları məhduddur. Nə Ukrayna böhranında oyunçu rolunu oynaya bilir, nə də Avropa siyasətinə yeni bir xətt gətirmək gücünə malikdir. Bəlkə Makron Avropada köynəyini dəyişdirib, Almaniyadan fərqli bir xətt yürüdəcək, yoxsa Ukraynaya söz keçirə biləcək"?!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Avqust 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri