Icma.az
close
up
RU
Makron, Zurabişvili, Bjezinski və Zorin...

Makron, Zurabişvili, Bjezinski və Zorin...

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Son günlərdə etirazlar səngisə də, diqqətlər hələ də qonşu Gürcüstandadır. Diskussiyalar davam edir. Mülahizələrin, versiyaların, qiymətləndirmələrin sayı heç də sırf informasiyaların sayından az deyil. 

Hərə bir söz deyir. Gürcüstanı "Fransa, Fransanın adamı və hətta Fransanın agenti qarışdırır!" deyənlər də az deyil. Amma maraqlıdır ki, bir neçə gürcü "politoloqu" belə desə də, hakimiyyət özü bu cür bəyanatlardan çəkinir, hətta hər cür qaraladığı müxalifət lideri, xanım prezident Salome Zurabişvilini belə "Fransanın adamı”, xüsusən də "agenti” adlandırmağa tələsmir.

Bəlkə də ona görə ki, Fransaya, onun prezidenti Makrona da əslində öz ölkələrindəki problemlər (İşləri şuluqdur. Dünən hökuməti istefa verdi. Yeni hökumət qura biləcəkmi?) bəs edir və Cənubi Qafqaz Makronu güman ki, yalnız ölkəsindəki güclü erməni diasporasının dəstəyi nöqteyi-nəzərindən maraqlandırır, çünki Makron fransızların əksəriyyəti üçün heç də "sevimli prezident” deyil və nisbətən cavan olsa da, heç də "yeni tipli siyasətçi” təəssüratı yarada bilmədi özü haqqında, hansını ki, neçə illər bundan əvvəl, məsələn, ABŞ prezidenti C.Kennedi yaratmışdı özü haqda və amerikalıların, az qala, sevimli prezidenti olmuşdu...  

Həm də ona görə ki, məsələləri qətiyyən Fransa ilə məhdudlaşdırmaq lazım deyil, çünki Gürcüstanda Qərblə (bura Avropa ilə ABŞ daxildir) Rusiya arasında, qərbçilərlə rusiyaya meylli qüvvələr arasında mübarizə gedir. Bu mübarizə həm də ona görə çox kəskinləşdi ki, gürcü hökuməti açıq-aşkar yalan danışdı. 

Parlament seçkisi ərəfəsində və hətta ondan bir az da sonra, yekun nəticələr təsdiq olunana qədər İrakli Kobaxidze deyirdi ki, "biz Avropa kursunu davam etdirəcəyik", 2025-ci il bu konteksdə həlledici il olacaq, üstəlik, ölkə 2030-cu ildə Avropa İttifaqının üzvü olacaq! Hələ onu da deyirdilər ki, onlar istəsələr belə, bu yoldan dönə bilməzlər, çünki avro-inteqrasiya kursu Gürcüstanın konstitusiyasında öz əksini tapıb!.. Amma seçkinin nəticələri təsdiq olunan kimi bəyan etdilər ki, 2028-ci ilə qədər Avropa İttifaqı ilə danışıqlar dondurulur!..

O ki qaldı gürcüstanlı "qərbçi"lərə, bu, ölkə əhalisi üçün heç də şüar, abstrakt anlayış deyil: ABŞ-ın və Avropanın bu ölkəyə bu vaxta qədər göstərdiyi geosiyasi dəstək bir tərəfə, Qərb gürcüstanlılar üçün real imtiyazlar (hətta vizasız gediş-gəlişin özü də az şey deyil) deməkdir, maliyyə dəstəyidir, hətta irili-xırdalı, çoxsaylı qrantlardır! Bunların indi demək olar ki, hamısı dondurulur, ona görə də insanlar etiraz etməyib, bəs nə etsinlər? 

Hələ onu demirəm ki, burada insanlar, xüsusən də gənclər Qərbin demokratik dəyərlərinin, azadlığın nə olduğunu artıq dadıblar, bunun nə olduğunu bilirlər!..  

O ki qaldı "Fransanın adamı” xanım Salome Zurabişviliyə, burada bir neçə məqama diqqətə yetirərdik. 

Ötən əsrin səksəninci illərinin sonundan və doxsanıncı illərinin əvvəllərindən fərqli olaraq, indi çox şey dəyişib və siyasi yazarların da işi xeyli asanlaşıb (amma gecdir artıq, çünki tezliklə Azərbaycanda nəinki qəzetləri, jurnalları, hətta kitabları da yalnız muzeylərdə görəcəyik!). Bəli, internet BÖYÜK ZİBİLLİK olsa da, burada xeyli faydalı və maraqlı şey də var, istənilən məsələ ilə bağlı, prinsipcə, bitkin arayış-məlumat tapmaq mümkündür. Odur ki, bir siyasət adamından yazanda, heç olmasa, internetdə onun haqqındakı məlumatlara baxmaq lazımdır. 

Bəli, xanım prezident Salome Zurabişvilinin çox maraqlı, hətta həsədaparıcı siyasi bioqrafiyası var! Kaş, post-sovet məkanının digər ölkələrində də belə siyasətçilər, bəli, "keçmiş DTK məktəbi”ni keçməyən, kommunist və komsomol fəalı olmayan və sovetin ideoloji "obrabotka”sına məruz qalmayan siyasətçilər çox olaydı!.. 

Bu qadın, ilk gürcü siyasi mühacirlərinin qızı, ən azı yazılanlara görə, çox yüksək intellektual səviyyəyə malik bir insandır, onun müəllimləri sırasında Zbiqnev Bjezinski kimi politoloqlar olub. Baxmayaraq, bizim Bjezinski kimi politoloqlarla bağlı çox kiçik qeydimiz var - əlbəttə, bu, bir az qeyri-təvazökarlıq kimi səslənsə də! Bjezinski bir vaxt bizim kimi bütün siyasi yazarlar, xüsusən də geosiyasətdən yazanlar üçün bir kumir olsa da, bir məqamı qeyd etməyi özümüzə borc bilirik...  Prezident D.Eyzenhauerin bir maraqlı fikri vardı: biz "solçular”la vuruşa-vuruşa ölkəni "sağçılar”ın diktaturasına çevirə bilmərik! 

Bjezinski kimi politoloqlar da sovet imperiyasına qarşı ideoloji mübarizə apara-apara özləri ABŞ imperializminin ideoloqlarına çevrildilər! Odur ki, indi Z.Bjezinski, hətta H.Kissincer kimi politoloqlara çox da aludə olmaq lazım deyil, Qərbin yeni politoloji fikir nümayəndələrini, yeni politoloji fikir axtarmaq lazımdı, çünki Rusiya imperiyası, nə bilim, Çin imperiyası kimi, ABŞ imperiyası da heç kimə lazım deyil - onu nə avropalılar istəyir, nə də ki, digər xalqlar! 

Bütün mütərəqqi insanlar beynəlxalq hüquqa və hamının qəbul etdiyi hüquq, azadlıq və humanizm prinsiplərinə söykənən bir dünya istəyirlər ki, heç olmasa, özləri də olmasa, gələcəkdə uşaqları rahat yaşasın!.. 

Elə bu səbəbdən də Bjezinskinin tələbəsi olmaq xanım Salome Zurabişvilinin siyasi bioqrafiyasında heç də ən həlledici ştrix deyil, bunu elə-belə, sadəcə, maraq üçün qeyd etdik...

Bu detalı həm də ona görə vurğuladıq ki, bu qadın politologiyanı və siyasəti biz sovet adamlarının çoxu kimi (uzaqdan-uzağa, qiyabi şəkildə, televiziya vasitəsilə olsa da) sovet anti-amerikanisti, professor Valentin Zorindən (keçmiş sovet adamlarının çoxu, güman, onu xatırlayır!) yox, anti-sovet, anti-totalitarizmin ideoloqu Zbiqnev Bjezinskidən öyənib!  

Əsas odur ki, bu qadın ardıcıl qərbçidir və özü də çox mübarizdir. Amma insanları daha çox bu sual düşündürür ki, bəs Zurabişvili bu mübarizədə nə qazanacaq? Doğrusu, çox böyük ümidlərimiz yoxdur və bunu dəfələrlə qeyd etmişik.

Qarşıdan prezident seçkiləri gəlir. Bu hadisə də qonşu Gürcüstanda "siyasi triqqer” rolunu oynaya bilər. Hətta kardinal dəyişilik baş veməsə də, gürcü müxalifəti prosesdən güclənib çıxacaq. 

Birincisi, "Gürcü Arzusu"nun böyük planları vardı - bunlar parlamentdə konstitusion çoxluq qazanıb, müxalifət partiyalarını mandatdan məhrum etmək istəyirdilər. Amma alınmadı! 

İkincisi, son etiraz dalğasında bir görün nə qədər məmur, hətta diplomat istefa verdi! 

Bunların çoxu siyasi cəhətdən fəal insanlardır və onların bir hissəsinin yolu müxalifət düşərgəsindən keçəcək! Düşünürük, son proseslərin əsas nəticəsi hələki yalnız bunlardır...

Hüseynbala Səlimov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Dekabr 2024 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see279

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see247

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see246

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see235

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see215

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see214

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see211

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see209

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see205

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see204

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see204

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see200

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see199

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see193

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see174

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see173

Həkimlər müalicə oluna biləcək xəstəni də bıçaq altına salırlar? Əməliyyat sayındakı kəskin artımın SƏBƏBLƏRİ

02 Oktyabr 2026 14:22see169

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see167

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see162

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri