Icma.az
close
up
RU
Makrona öz komandası da etiraz edir

Makrona öz komandası da etiraz edir

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransa siyasətçiləri ölkə Prezidenti Emmanuel Makronu Afrikadakı dövlət siyasətini uğursuzluğa düçar etməkdə günahlandırıb. Onlar bildiriblər ki, son iki-üç ildə 4 Afrika ölkəsi – Niger, Mali, Mərkəzi Afrika Respublikası və Burkina Faso Fransa ilə əməkdaşlıqdan imtina edib. Onların sırası isə genişlənir. 

Qeyd olunub ki, bu ölkələr tədricən Parislə hərbi əməkdaşlığı məhdudlaşdırır və iqtisadi razılaşmalardan narazıdırlar. Bununla siyasətçilər Makronun Afrika siyasətindən narazılıqlarını açıq şəkildə bildiriblər. Çünki, adları çəkilən ölkələrlə yanaşı, Kot-d'İvuar və Seneqal kimi ənənəvi olaraq Fransaya yaxın hesab edilən dövlətlər də tədricən Parislə yaxınlaşmadan imtina edirlər. Bu ölkələrdə Fransaya qarşı kütləvi etirazlar keçirilir. Məsələn, Kot-d`İvuarın Prezidenti Alassan Uattara Fransa hərbi bazasının yanvar ayında ölkədən çıxarılacağını açıqlayıb. Kot-d`İvuarda Fransanın 600-ə yaxın əsgəri var. Həmçinin, Seneqal Prezidenti Bassirou Diomaye Faye də, təxminən, 350 fransız əsgərinin ölkəni tərk edəcəyini bildirib.
Çad hökuməti isə noyabrın 28-də Fransa ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq sazişinin sona çatdığını açıqlayıb. Açıqlama Parisdə xoş qarşılanmayıb. “Le Monde” qəzetinin yazdığına görə, bu addım Fransanın keçmiş müstəmləkəsindəki hərbi mövcudluğuna “açıq təhqir” kimi qiymətləndirilir. Makron isə ölkəsinin xarici siyasəti ilə bağlı səfirlərin illik konfransındakı çıxışında Fransa ordusunun səyləri sayəsində bəzi Afrika Sahili ölkələrinin indi suveren dövlət olduqlarını bildirməsi əks-reaksiya verib və  “Afrikaya və afrikalılara qarşı hörmətsizlik mövqeyi” kimi qiymətləndirilib. 
Çadın xarici işlər naziri və hökumət sözçüsü Əbdürrəhman Kəlamullah bu barədə rəsmi sosial şəbəkə hesabında paylaşdığı bəyanatında yazıb: “Tarix sübut edir ki, Afrika, o cümlədən, Çad İkinci Dünya müharibəsi zamanı Fransanın azad edilməsində həlledici rol oynayıb. Lakin bu faktı Fransa heç vaxt qəbul etməyib”. Bəyanatda, həmçinin iddiaların əksinə olaraq, Fransanın Çad ordusunu heç vaxt lazımi dərəcədə təchiz etmədiyi və onun struktur inkişafına töhfə vermədiyi qeyd olunub. Bəyanatda vurğulanıb ki, Prezident Makron Afrikaya “hücum” etmək əvəzinə, öz diqqətini Fransa xalqını narahat edən problemlərin həllinə yönəltsin.
Qarşılıqlı ittihamlara baxmayaraq fransız əsgərləri bu ölkədən çıxarılır. Artıq bir hissəsi keçən il dekabrın 10-da Çadı tərk edib. Onların bu ölkədən tam çıxarılması 2025-ci il yanvarın 31-də yekunlaşacaq. Bundan əvvəl Mali, Niger və Burkina Fasoda baş verən hərbi çevrilişlərdən sonra bu ölkələr Fransa ilə hərbi əməkdaşlıq müqavilələrini ləğv edərək, fransız əsgərlərini ölkələrindən göndəriblər. Xüsusilə, Nigerdəki hadisələr Makron üçün ağrılı olub. Çünki Malidəki çevrilişdən sonra Makron onu Fransanın bölgədəki varlığının mərkəzinə çevirməyə çalışırdı. Niger Afrikadakı radikal qruplara qarşı Fransa hərbi əməliyyatının “ürəyi” olmalı idi. Buna baxmayaraq avropalıların kəşfiyyatı hadisələrin inkişafını proqnozlaşdıra bilmədilər. 
Nəzərə alaq ki, Fransanın Əlcəzairlə tarixən mürəkkəb, Mərakeş və Tunislə isə çətin münasibətləri var. Burada törədilən qətliamlar unudulmayıb. Parisdəki Etnoqrafiya Muzeyi bunun sübutudur. Muzey bura gələn hər kəsi dəhşətə salır. Çünki eksponatlar yalnız insan kəllələri və insan skletlərindən ibarətdir. 
Bundan başqa, eksponatlar arasında Fransa işğalına (1830-1962) qarşı mübarizə aparan Əlcəzair azadlıq müharibəsində şəhid olan liderlərin və üzvlərin də skeletləri var. Muzey rəsmiləri sözügedən skeletlərin antropoloqlar tərəfindən təd-
qiqat üçün toplanıldığını desələr də, buna inananların sayı azdır.
* * * 
Fransa maraqlarına uyğun olaraq, Afrikada bir çox hərbi çevrilişlərin təşkilatçısı və ilhamverici olub. Ümumilikdə, son 50 ildə 26 Afrika ölkəsində 67 dövlət çevrilişi törədib. Bu 26 ölkədən 16-sı Fransanın keçmiş koloniyalarıdır.
Yuxarıda qeyd olunanlar Fransanın keçmiş müstəmləkələrinə təsirinin getdikcə zəiflədiyini ortaya qoyur. Beləliklə, Afrika ölkələrinin çoxunu tərk etmək məcburiyyətində qalan Fransa yalnız Cibutidə 1 min 500, Qabonda 350 əsgərlə qitədəki varlığını qorumalı olacaq. 
Dünənki “Fransa Afrikası” hərbi “Rusiya Afrikası”, iqtisadi “Çin Afrikası” və diplomatik “Amerika Afrikası” ilə əvəzlənir. Bu, bir həqiqətdir. Son 10 ildə Fransanın Afrikada üzləşdiyi ugursuzluqlar, itirdiyi mövqelər onun sürətlə dəyişməkdə olan siyasi şərait və iqtisadi proseslərə adekvat cavab verə bilməməsi, hadisələri qabaqlamaq deyil, əksinə onların ardınca sürünməsinə səbəb olur. Parisin regiondakı təsirinin zəifləməsi həm də fransız şirkətlərinin və sərmayələrinin Afrika ölkələrindən kütləvi şəkildə çıxması, dil və mədəni əlaqələrin pozulması fonunda baş verib. Bu, Fransanın diplomatik ambisiyaları ilə hərbi mövcudluğu arasında uçurum yaradır. Nəticədə, Fransa öz nüfuz dairəsində olan ölkələrdə Çin, Rusiya, ABŞ şirkətləri ilə qarşıdurmada mövqelərini itirir. Adıçəkilən Afrika ölkələrinin iqtisadiyyatında bəlli dövlətlərin, xüsusən də Çinin çəkisi artır. Hazırda keçmiş “Fransa Afrikası”nın enerji təchizatında Rusiyaya məxsus “Qazprom”un və digər şirkətlərin rolu durmadan yüksəlir. Moskva Saheldə (Afrikada Şimali Saxara ilə Cənubi Saxara arasında özünəməxsus keçid olan məhsuldar torpaqlara malik tropik savanna) hərbi sahədə dominant mövqe qazanmağa çalışır. Aydındır ki, bu, Fransanı qıcıqlandırır. 
Paris Afrika qitəsində artan anti-Fransa əhval-ruhiyyəsini Rusiyanın təsirinin artması ilə əlaqələndirir və bu ölkəni “Fransanı “ovlamaq” üçün müəyyən layihələr həyata keçirməkdə” ittiham edir. Bununla belə, Rusiya regionda təsirini artıran yeganə ölkə deyil.
Çin şirkətləri bir sıra xammal yataqlarını işlədir. Qitənin infrastruktur təşəbbüslərinin böyük bir hissəsi bu ölkənin şirkətləri tərəfindən idarə olunur və ya maliyyəsi ilə dəstəklənir. “Huawei” və ZTE kimi böyük texnologiya şirkətləri Afrika ölkələrində telekommunikasiya infrastrukturları qurur. Müvafiq şirkətlər yeni nəsli “ağıllı şəhər” və ya “yaşıl enerji” kimi sahələrdə əməkdaşlıq edir. Pekinin təsiri təkcə iqtisadiyyatla məhdudlaşmır. Bu təsir mediadan səhiyyəyə, mədəniyyətdən təhlükəsizliyə qədər geniş spektri əhatə edir. ABŞ-nin strategiyası isə Çin və Rusiya kimi qlobal rəqiblərin təsirini tarazlaşdırmaq, daha çox siyasi və iqtisadi üstünlüklər qazanmağa xidmət edir. Türkiyənin təsirini də unutmaq olmaz.
Belə bir şəraitdə siyasətçilər bildirirlər ki, Makron Afrikaya baxışını yenidən nəzərdən keçirməlidir: “Vaxt gəlib çatıb ki, Fransa üçün dost olan Afrika, artıq Fransanı anlamır və getdikcə onun roluna və mövcudluğuna meydan oxuyur. Biz, öz növbəmizdə, bütün qitədən tədricən yoxa çıxmağımızla barışa bilmərik”.
Bəli, Fransa Afrikada mövqeyni itirmək istəmir. Birincisi, bu, böyük ölçüdə resurs faktoru ilə bağlıdır. Söhbət Nigerdəki uran mədənlərindən gedir. Onun atom sənayesi üçün lazım olan uranın 35 faizi ancaq Nigerdə hasil edilən uranın hesabına təmin edilir. Paris Qvineya körfəzindəki neft və qaz yataqlarına da nəzarət etmək istəyir. Təsadüfi deyil ki, Fransa rəhbərliyi indi ən çox diqqətini Sahel yerinə həmin bölgəyə yönəldir. O, kənd təsərrüfatı məhsullarına olan tələbatın 40 faizindən çoxunu bu ölkələrdən idxal hesabına əldə edir. 
Rəsmi Parisin ayırdığı maliyyə onların iqtisadi inkişafına dəstəkdən deyil, əksinə bu ölkələrin müstəqilliyə olan səylərinin qarşısını almaq, yeraltı və yerüstü sərvətlərini talmaq, insanlarını istismar etməkdən irəli gəlir. Onlara ucuz xammal mənbəyi və fransız mallarının satışı üçün bazar kimi yanaşır. Fransa, əslində tam bərabərhüquqlu münasibətlərdə maraqlı deyil.
Yeri gəlmişkən, Emmanuel Makron ölkəsinin Afrikada nüfuzu azalandan sonra yeni dayaq nöqtələri axtarışına çıxıb. Makron Qazaxıstandan sonra Özbəkistana səfər edib. Görünür, Makron Afrikanı Orta Asiya ilə dəyişmək istəyir Artıq o, Qazaxıstana və Özbəkistana uran xammalı ilə bağlı müraciət edib. Amma bir şeyi unudur ki, sözügedən coğrafiyada Azərbaycanın razılığı olmadan Fransa heç bir addım ata bilməz. Bu halda, Azərbaycanla münasibətlər normallaşdırılmalıdır. Mərkəzi Asiyadan uran almaq və yaxud “Orta dəhliz”də iştirak etmək istəyirsə, o zaman yollar Azərbaycan üzərindən keçir. Əks halda, Fransanın Orta Asiyada möhkəmlənməsi mümkün deyil. 
Deməli, Fransa Azərbaycanla münasibətləri normallaşdırmalı olacaq. Son bir neçə ay ərzində Parisin Bakı ilə təmaslar qurulması üçün cəhdləri də bu məqsədə xidmət edir. 

Pünhan ƏFƏNDİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Yanvar 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşı 40 dan yuxarı olan şəxslər üçün XOŞ XƏBƏR

10 Aprel 2025 21:06see207

Konfrans Liqası: Çelsi səfərdən darmadağınla qayıdır günün nəticələri

11 Aprel 2025 00:57see205

Osteoartritin inkişafına səbəb olan risk faktorları…

10 Aprel 2025 22:07see151

İtaliya klublarının hədəfindədir

10 Aprel 2025 20:56see142

İmamoğlu həbsxanadan bunları yazdı FOTO

10 Aprel 2025 21:47see135

Bürclərin ən sirli əlamətləri

10 Aprel 2025 18:39see133

UEFA Konfrans Liqası: Fiorentina dan vacib səfər qələbəsi

11 Aprel 2025 01:20see132

PSJ nin 55 milyon avroluq hesabı Mbappeyə olan borcuna görə donduruldu

10 Aprel 2025 21:17see129

Qərbi Azərbaycanın toponimləri: Milli kimliyin izləri

10 Aprel 2025 23:59see127

Diyetik qida sağlamlıq üçün riskə çevrilə bilər

11 Aprel 2025 07:00see126

Stepanyandan etiraf: Qarabağda üstünlük onlarda idi

10 Aprel 2025 23:33see123

Tarif savaşı qızışır: Çin 125 faizə qaldırdı

11 Aprel 2025 22:48see120

Tramp Meksikanı 1944 cü il su müqaviləsini pozduğuna görə sanksiyalarla hədələyib

11 Aprel 2025 06:58see120

Kreditlə alınan xoşbəxtlik uçuruma aparır? Toydan sonra illərlə borc ödəyirlər

10 Aprel 2025 22:02see119

İstanbul görüşündə bu da razılaşdırıldı

10 Aprel 2025 23:13see116

Bakı və Lissabon arasında növbəti siyasi məsləhətləşmələr...

10 Aprel 2025 21:59see115

Bu QHT rəhbərləri istintaqa cəlb edilib

10 Aprel 2025 23:29see114

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see114

Ermənistan vətəndaşından məhkəmədə etiraf: Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim

10 Aprel 2025 21:06see113

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri