Makrondan Tramp və Netanyahuya: “Öz problemlərimiz bizə bəsdir”
Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampı və İsrailin Baş naziri Benyamin Netanyahunu Fransadakı hadisələrdən siyasi məqsədlərlə istifadə etməkdə ittiham edib.
Turkustan.az xəbər verir ki, Makron bildirib ki, bəzi liderlər süni intellekt vasitəsilə yaradılan məzmunları düşünmədən mənimsəyir və Fransada baş verənlərlə bağlı ictimaiyyəti müəyyən fikirlərə inandırmağa çalışırlar.
“Onlar seçki kampaniyalarını Fransanın kürəyində aparırlar. Bizə buna ehtiyac yoxdur, bizim artıq öz problemlərimiz var”, – deyə, Fransa Prezidenti vurğulayıb.
Makron Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Qətəri əhatə edən üç günlük Körfəz səfərini başa vurub. Qətərin paytaxtı Dohada keçirilən mətbuat konfransında o, enerji təchizatı, Yaxın Şərqdəki münaqişələr, İran-ABŞ münasibətləri, Körfəz ölkələri ilə müdafiə əməkdaşlığı və Fransadakı etirazlar barədə danışıb.
Fevralın 28-də Yaxın Şərqdə başlayan müharibənin İranın cavab tədbirlərinə, Hörmüz boğazının bağlanmasına və regional iqtisadiyyatlara mənfi təsirlərə səbəb olduğunu bildirən Makron qeyd edib ki, Fransa bu münaqişənin tərəfi deyil.
“İlk gündən dedik ki, bu, bizim müharibəmiz deyil, bu qərarı biz verməmişik və regionda sülh və sabitliyə üstünlük veririk”, – deyə, o bildirib.
Aytən Yaşar/ Turkustan.az
Baxış sayı:94
Bu xəbər 21 Oktyabr 2026 20:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















