Makrondan Trampa AĞIR ZƏRBƏ KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Fransa prezidenti Emmanuel Makron bildirib ki, ölkəsi Hörmüz boğazının blokadadan çıxarılması üçün heç bir hərbi əməliyyatda iştirak etməyi planlaşdırmır.
KONKRET.az xəbər verir ki, o, bu barədə İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammiti öncəsi jurnalistlərə açıqlamasında deyib.
Makron qeyd edib ki, əgər ABŞ Hörmüz boğazının açılması üçün addım atmaq istəyirsə və ya bu prosesə dəstək verməyə hazırdırsa, bu müsbət haldır və Fransa da əvvəldən bunu tələb edib. Bununla belə, Fransa lideri vurğulayıb ki, ölkəsi məqsədləri aydın olmayan hərbi əməliyyatlara qoşulmaq niyyətində deyil.
Fransa prezidenti əlavə edib ki, boğazın açılması ABŞ və İran arasında razılaşma əsasında həyata keçirilməlidir. Onun sözlərinə görə, yalnız bu cür yanaşma regionda davamlı sülhün təmin olunmasına və gəmiçiliyin əlavə məhdudiyyətlər və ödənişlər olmadan bərpasına imkan verə bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 04 May 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















