Makrondan Trampı qəzəbləndirəcək addım: Qrenlandiya ilə həmrəyik!
Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransa prezidenti Emmanuel Makron, ABŞ prezidenti Donald Trampın ölkəsinə nəzarəti və sahibliyini ələ keçirmək istədiyi Qrenlandiyanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının “danışıq mümkün olmadığını” deyib.
Turkustan.az xəbər verir ki, Danimarkanın ərazisi olan Qrenlandiyada rəsmi səfərdə olan Makron paytaxt Nuukda mətbuata açıqlama verib.
Makron bildirib ki, səfərinin məqsədi “Fransa və Avropa İttifaqının (Aİ) Qrenlandiyanın suverenliyi və ərazi bütövlüyü uğrunda həmrəyliyini” nümayiş etdirməkdir.
ABŞ prezidenti Trampın Qrenlandiyanı ölkəsinin nəzarəti altına almaq istədiyinə dair açıqlamalarını bir daha tənqid edən Makron: “Müttəfiqlər belə davranmazlar” deyib.
Digər tərəfdən Makron X hesabından səfərlə bağlı paylaşımında Fransa dövlət başçısının adaya ilk səfəri olduğunu bildirib.
Makron qeyd edib ki, Qrenlandiyanın baş naziri Yens-Frederik Nielsen və Danimarkanın baş naziri Mette Frederiksen ilə görüşdə Şimali Atlantika təhlükəsizliyi, iqlim dəyişikliyi, enerji keçidi və kritik minerallar məsələləri müzakirə olunacaq.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 16 İyun 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















