Makronun arvadının cinsiyyətini dəyişməkdə adı hallandırılan cərrahın MÜƏMMALI ÖLÜMÜ
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Adı Fransanın birinci xanımı Bricit Makronun cinsiyyət dəyişikliyində hallanan fransız cərrah Fransua Favr Parisdə ölü tapılıb.
Oxu.Az bu barədə "Moskovski Komsomolets"ə istinadən xəbər verir.
Məlumatda qeyd olunur ki, Fransua Favr Paris klinikalarından birində təcrübəçi cərrah olub. Tibbi ekspertiza 58 yaşlı cərrahın özünə qəsd etdiyini təsdiqləyib. Cərrah özünü yaşayış binasının 12-ci mərtəbəsindən ataraq intihar edib.
Lakin mərhumun bacısı F.Favrın intiharameyilli olmadığını iddia edir. O, mətbuata verdiyi açıqlamada qeyd edib ki, F.Favrın yaxın günlərdə Bricit Makronun tərcümeyi-halı haqqında geniş müsahibəsi gözlənilirdi.
Qeyd edək ki, mətbuatda artıq uzun müddətdir ki, Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun 30 yaşına qədər kişi olub, sonra cinsiyyətinin dəyişməsi haqqında iddialar dərc edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 03 İyul 2025 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















