Icma.az
close
up
RU
Makronun beşinci kabusu: Fransada hökumət istefa verdi, indi nə olacaq?

Makronun beşinci kabusu: Fransada hökumət istefa verdi, indi nə olacaq?

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Fransada etimad səsi ala bilməyən Bayru hökuməti istefa verib. Prezident Emmanuel Makron isə ikinci müddətində artıq beşinci dəfə yeni baş nazir axtarışına çıxıb.


Sherg.az xəbər verir ki, Makronun məqsədi  - qənaət büdcəsini təsdiqlətmək və Marin Le Penin ifrat sağ qüvvələrini daha da gücləndirə biləcək növbədənkənar seçkilərin qarşısını almaqdır.

Keçmiş baş nazir Fransua Bayru ötən ay Fransanın sürətlə artan borc problemini həll etmək üçün xərclərin azaldılması tədbirlərini qəbul etdirmək məqsədilə gözlənilmədən növbədənkənar seçki çağırışı etmişdi. Ancaq təşəbbüsü uğursuz oldu.


Makronun qarşısında hansı seçimlər var?

Siyasi böhranın ən sürətli həlli  - Makronun yeni baş nazir təyin etməsi və hökuməti formalaşdırmasıdır. Onun böyük ehtimalla bunu edəcəyi gözlənilir. Prezident Administrasiyası yaxın günlərdə yeni baş nazirin adının açıqlanacağını bildirib. Lakin belə gərgin şəraitdə ölkəni idarə edə biləcək fiqur tapmağın çətin olduğu müzakirə olunur.

Makronun qarşısındakı çətinlik yalnız yeni baş nazirin kimliyi deyil, həm də parlamentdə əksəriyyətə sahib olmadan izləyəcəyi siyasi strategiyadır. Səlahiyyət müddəti 2027-də başa çatacaq Makronun siyasi karyerası davamlı hökumət böhranları ilə ciddi zərbə alıb. Onun konsensus yerinə fərmanlarla idarə edən bir lider təsiri yaratdığı vurğulanır.


Ön plana çıxan adlar

İndiyədək Makron əsas islahatlarını qorumaq üçün, məsələn, pensiya yaşının artırılması kimi qərarlarda mərkəz-sağ siyasətçilərə üstünlük verib. Müdafiə naziri Sebastyan Lekornu, Jülyen Denormandi və Katrin Votren əsas namizədlər sırasında göstərilir. Onlar Makronun yaxın tərəfdarlarıdır, amma həddindən artıq “sadiqlikləri” müxalifətlə danışıqlarda əngəl ola bilər.

Digər tərəfdən, Makronun sol yönümlü siyasətçilərə də üz tuta biləcəyi bildirilir. Sosialistlərlə yaxşı münasibətləri olan və büdcə ilə bağlı razılığa gəlməyin vacibliyini deyən iqtisadiyyat naziri Erik Lombard adı önə çıxır. Sosialist lider Olivye For isə, yalnız yeni sərvət vergisi tətbiqi və pensiya yaşının artırılmasının ləğvi şərti ilə hökuməti formalaşdırmağa hazır olduğunu bəyan edib.


Mühafizəkar qanaddan Ksavyer Bertran da mümkün namizəd sayılır, amma bu halda Le Penin sərt reaksiyası ehtimal edilir.


Yenidən seçki olacaqmı?

Bəzi partiyalar Bayrunun yerinə sadəcə yeni birini təyin etməyin kifayət etməyəcəyini düşünür. Onlar Makrondan ən qısa zamanda parlament seçkiləri keçirməsini və işlək əksəriyyətin yaranmasını tələb edirlər.

Makron hələlik erkən seçki ehtimalını rədd edib. Çünki mərkəzçi koalisiya səs itkisinə uğrayacağından qorxur. Əvəzində ifrat sağçı “Milli Birlik Partiyası” və radikal solçu “Fransa Müqavimət Partiyası” erkən seçkiyi böyük həvəslə gözləyir.


Sorğular nə deyir?

IFOP-un apardığı son araşdırmaya görə, Milli Birlik Partiyası və müttəfiqləri erkən seçkilərin ilk turunda təxminən 32 - 33 faiz, sol partiyalar 25- 26 faiz, mərkəzçi koalisiya 15 faiz, əsas mühafizəkar partiya isə 13 faiz səs toplaya bilər.

Lakin Fransada iki turlu seçki sistemi olduğundan parlament yerlərinin necə bölüşdürüləcəyini əvvəlcədən dəqiq demək çətindir. Yeni seçkilərin bu siyasi çıxmazı həll edib-etməyəcəyi də hələlik qeyri-müəyyəndir.


İndiki vəziyyətə necə gəlinib?

Bayru vergi artımı və xərclərin azaldılmasını nəzərdə tutan 44 milyard avroluq maliyyə planı üçün parlamentdən etimad səsi istəmişdi.

Amma o, eyni zamanda büdcə kəsirini 2025-də ÜDM-in 5,4 faizindən 2026-da 4,6 faizə endirməyi hədəfləyən alternativ təklif irəli sürən Sosialistlərlə razılığa gəlməmişdi.

Nəticədə, 364 deputat “əleyhinə”, cəmi 194 deputat isə “lehinə” səs verdi və Bayru hökuməti istefa vermək məcburiyyətində qaldı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:35
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri