Icma.az
close
up
RU
Makronun demokratiyaya zərbəsi: Le Pen niyə bloklanır?

Makronun demokratiyaya zərbəsi: Le Pen niyə bloklanır?

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransa Emmanuel Makronun rəhbərliyi altında ölkədə siyasi plüralizmi və demokratik mexanizmləri kölgədə qoyan ciddi problemlərlə üzləşir. Belə ki, Paris məhkəməsi Marin Le Pen və “Milli Birlik” partiyasından olan daha səkkiz deputatı parlament köməkçiləri işində təqsirli bilib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu qərar Makronun rəhbərlik etdiyi hökumətin siyasi opponentlərlə mübarizədə məhkəmə rıçaqlarından necə istifadə etdiyi ilə bağlı müzakirələrə səbəb olub.

Məhkəmənin qərarı ilə Le Pen dörd il müddətinə (iki il şərti və iki il elektron qolbaqla) azadlıqdan məhrum edilib. Bundan başqa məhkəmə Le Penə beş il müddətində dövlət orqanlarına seçilməyi qadağa qoyub. Məhkəmə qərara gəlib ki, hökm təcili yerinə yetirilməlidir. Hökm onun 2027-ci ildə prezidentliyə namizədliyini irəli sürməsinə mane ola biləcək seçilmək hüququnun itirilməsini nəzərdə tutur.

Bununla məhkəmə sistemi siyasi arbitr rolunu öz üzərinə götürür, kimin ən yüksək dövlət vəzifəsinə namizəd olmağına qərar verir.

Bir çox analitiklər qeyd edirlər ki, hakimiyyətin bu cür hərəkətləri demokratik institutlara inamı sarsıdır. Hətta Le Penin bəzi siyasi rəqibləri, o cümlədən baş nazir Fransua Bayru və ədliyyə naziri Gerald Darmanen də seçki prosesinə məhkəmə müdaxiləsindən narahat olduqlarını bildiriblər.

Marin Le Pen təqiblərə məruz qalmasına baxmayaraq, Fransanın ən məşhur siyasi fiqurlarından biri olaraq qalır. Sorğulara əsasən, 2027-ci il prezident seçkilərinin birinci turunda onun reytinqi 34-37% arasında ola bilər ki, bu da digər namizədlərdən xeyli yüksəkdir. Bu vəziyyət hazırkı hakimiyyəti açıq şəkildə narahat edir və onun seçkilərdə iştirakına qadağa qoyulması siyasi rəqibi süni şəkildə zəiflətmək cəhdi kimi görünür.

Fransa elektoratı son illərdə sağçılara dəstək nümayiş etdirir və bu, Avropa siyasətində daha geniş tendensiyanı əks etdirir. Le Penin yarışdan kənarda qalması onun tərəfdarları arasında etiraz əhval-ruhiyyəsinin daha da güclənməsinə səbəb ola bilər.

Le Penin seçkilərdə iştirakına qadağa qoyulması ikili təsir doğura bilər. Bu, bir tərəfdən Makronun əsas rəqibini müvəqqəti olaraq uzaqlaşdırır. Digər tərəfdən, belə bir addım anti-sistem əhval-ruhiyyəsinin güclənməsinə, Le Pen tərəfdarlarının səfərbər olması və siyasi mənzərənin radikallaşmasına səbəb ola bilər.

Bundan əlavə, “Milli Birlik” partiyasının ehtiyat namizədi, Le Penin elektoratını ələ keçirməyə qadir olan gənc və enerjili siyasətçi Cordan Bardella var. Məhkəmənin hökmü daha geniş rezonans doğuracağı təqdirdə, Bardella seçicilərini cəlb edərək güclü namizəd ola bilər.

Fransa demokratiyası ciddi sınaq qarşısındadır. Siyasi rəqibləri aradan qaldırmaq üçün məhkəmə mexanizmlərindən istifadə seçki prosesinin bütövlüyünü şübhə altına alır. Bu gün Fransanın qarşısında duran sual ondan ibarətdir ki, o, demokratiya və plüralizm prinsiplərinə sadiq qalacaqmı, yoxsa məhkəmə və inzibati alətlərdən seçkiləri manipulyasiya və müxalifəti zəiflətmək üçün istifadə olunacaqmı?

Fransa qarşıdakı illərdə kütləvi etirazlar da daxil olmaqla yeni problemlərlə üzləşə bilər. Marin Le Penin seçkilərdə iştirakına qadağa qoyması ölkənin gələcəyini müəyyən edəcək böyük siyasi oyunda ilk addım ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 31 Mart 2025 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri