Icma.az
close
up
RU
Makronun Fələstin planının arxasında nə dayanır? Ekspertlərin şərhi

Makronun Fələstin planının arxasında nə dayanır? Ekspertlərin şərhi

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Makronun fələstinlilərlə bağlı ideyası ölkəsində də birmənalı qarşılanmayıb. Sağçı və ifrat sağçılar bu təklifə kəskin reaksiya verirlər.
Yaxın Şərqdə artan qeyri-sabitlik fonunda Fransa rəhbərinin belə qalmaqallı qərar verməsi bir sıra suallar doğurur. Maraqlıdır, indiki mürəkkəb geosiyasi vəziyyətdə Makronun Fələstini dövlət kimi tanımaq istəməsində məqsəd nədir?
Deputat, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib ki, Makronun son zamanlar belə qəribə qərarlar verməsi təsadüfdən yaranmır.

- Məsələyə bir qədər dərindən yanaşmaq lazımdır. Əvvəla, Makronun həm daxili, həm də xarici siyasəti fiaskoya uğrayıb. Onu Afrikadan qovurlar... Eyni zamanda, Fransanın Rusiya-Ukrayna müharibəsində tutduğu mövqe də nəticə etibarı ilə siyasətçinin məğlubiyyəti ilə yekunlaşmaq üzrədir. O, son zamanlarda burnunu Cənubi Qafqaza da aktiv şəkildə soxmağa başlayıb. Amma uğursuz siyasətçini Afrikada olduğu kimi bu regionda da gözləyən yoxdur. Təbii ki, bircə Ermənistan Makrona qucaq açır. Ermənistan isə artıq real şəkildə iki stulda əyləşməyə başlayıb. İrəvan rəsmiləri yaxın zamanlarda Moskvanı su yoluna çevirəcəklər. Onlar daha Parisə, Makronun yanına deyil, Moskvaya tez-tez gedəcəklər. Çünki Rusiya-Ukrayna müharibəsinin nəticələri, xüsusən də ABŞ prezidenti Trampın rusiyalı həmkarı ilə apardığı danışıqlar, ikitərəfli görüşlər Makronun regionumuzdakı müttəfiqini xeyli qayğılandırıb. Belə olan vəziyyətdə Fransa Cənubi Qafqazdan tam sıxışdırılacaq. Makron belə bir uğursuz xarici siyasət fonunda Fələstinin müstəqilliyini tanımaqdan danışmağa başlayır. Onun ortaya atdığı fələstinlilərlə bağlı müstəqillik ideyası müəyyən mənada itirilmiş nüfuzunu müsəlman dünyasında bərpa etməyə hesablanıb.
“Get tullan!” – Netanyahunun oğlu Makrona cavab verdi Deputat qeyd edib ki, Makronun əsas məqsədlərindən biri də ABŞ prezidenti Donald Trampa zərbə vurmaqdır. Ağ Ev rəhbəri ilə Makron arasında münasibətlərin gərginləşməsi heç kimə sirr deyil: “Tramp daha çox İsrail yönümlü siyasət həyata keçirir. Hətta bir maraqlı faktı qeyd edim ki, Ağ Ev rəhbərinin kürəkəni Kuşner yəhudidir. Eyni zamanda, məhz Tramp Colan təpələrini İsrail ərazisi kimi tanıyıb. Hətta paytaxtın Təl-Əvivdən Yerusəlimə köçürülməsi ideyasının da müəllifi əslində ABŞ lideri olub. Trampın Qəzza bölgəsi ilə bağlı mövqeyi isə Fələstinin istəkləri ilə tamamilə daban-dabana ziddir. O, fələstinlilərin köçürülməsini belə təklif edib, bununla bağlı layihə də hazırlanıb. Belə olan vəziyyətdə Makron beynəlxalq ictimaiyyətin qarşısına çıxıb deyir ki, mən fələstinlilərin tərəfindəyəm. Onsuz da Makron ilə Tramp fundamental məsələlərdə fərqli mövqelərə malik idilər. Xüsusən də onlar Ukrayna münaqişəsində tam əks mövqedə dayandıqlarını gizlətmirlər. Tramp Makrondan xoşu gəlmədiyini gizlətmir. Hazırda vəziyyət sadə mexanizmə keçib. Tramp beynəlxalq arenada nəyə “hə” deyirsə, Makron ona “yox” cavabını verməyə çalışır. Ağ Ev Fələstin dövləti ilə bağlı məsələdə İsrailin mövqeyini müdafiə edirsə, Fransa rəhbəri acığa əks mövqedə dayanmağa çalışacaq. Belə tendensiya bu günlərdə hələ daha çox müşahidə olunacaq”.
Elman Nəsirovun fikrincə, müstəqillik ideyası Makronun uzaqgörən strateji niyyətlərindən irəli gəlmir. Çünki onun bütün niyyətləri nəticədə puç olur. Məhz bu səbəbdən siyasətçinin ölkə daxilindəki reytinqi son dərəcə aşağı düşüb. Hətta bəzi fransız ekspertləri belə hesab edirlər ki, 5-ci respublikanın tarixində heç bir prezidentin reytinqi Makronunku kimi aşağı olmayıb: “Mütəxəssislər uğursuz siyasətçini bu baxımdan etalon kimi də təqdim edirlər. Bir sözlə, Makronun Fələstin dövlətinin tanınması ideyasına loyal mövqe sərgiləməsi fransız liderin daha çox Trampla olan ziddiyyətləri ilə bağlıdır”.

Məsələ ilə bağlı açıqlama verən politoloq Qabil Hüseynli isə Fələstin məsələsinin beynəlxalq arenada daha çox həssas mövzuya çevrilməsinə diqqət çəkib. Fransız siyasətçi isə məhz bu amildən yararlanmağa çalışaraq beynəlxalq ictimaiyyətin gözündə ədalət tərəfdarı kimi görünməyə çalışır. Müstəmləkəçiliyi ilə ad çıxarmış Fransanın birdən-birə müstəqillik carçısı, Fələstin dövləti ideyasının daşıyıcısına çevrilməsinin arxasında Makronun şəxsi maraqları dayanır. Siyasi şərhçi son zamanlar ABŞ-nin Avropaya artan təzyiqi, xüsusən də rəsmi Parisin Vaşinqtonla soyuq münasibətlər sərgiləməsini də xatırladıb: “Belə bir gərgin siyasi-diplomatik fonda Makronun çıxıb İsrailin əleyhinə qərar verəcəyik deməsi təsadüfdürmü? Əlbəttə yox. İsrail uzun müddətdir ki, terrorçu təşkilat kimi tanıdığı HƏMAS-la gərgin döyüşlər aparır. İndi isə ümumiyyətlə bu təşkilatı bölgədə tam sıradan çıxarmağa çalışırlar. İsrailin vurduğu son hərbi-siyasi zərbə daha qanlı və amansız oldu. Yəni vəziyyət heç də sabit və asan həll olunan deyil. Sual yaranır, bu konflikt ilə bundan sonra kim və necə məşğul olacaq? Dövlət kimi tanıyaq demək asandır. Bəs indiki gərginliyi necə azaldacaqsınız? İki xalqın arasında yaranmış düşmənçiliyi aradan qaldırmaq, hərbi prosesləri nizama salmaq da bir nömrəli məsələdir.
Bir daha deyirəm ki, siyasətçilər, ölkə liderləri ilk növbədə bu detallardan başlamalıdırlar. Makron çox söz deyə bilər. Hərdən Türkiyə lideri Ərdoğan Fələstin xalqı üçün dəfələrlə çağırışlar etsə də, 26 ərəb dövlətindən aşağı tonda olsa belə dəstək səsi çıxmadı. Makronun birdən-birə ortaya atdığı ideyaya ərəblər hə deyəcək? Bir sözlə vəziyyət çox qarışıqdır. Makronun Donald Trampla münasibətlərinin soyuqlaşması da onun bu ideyanı ortaya atmasına əsas səbəb sayıla bilər. İndi dünyada elə proseslər gedir ki, kimsə sabaha dair dəqiq proqnoz verə bilmir. Makron Avropa Birliyinə də təsir gücündədir. Təşkilat artıq İsraili günahlandırıb, Təl-Əvivi qırmızı xətləri keçməkdə ittiham edir. Hazırda regionda tank, top, raketlər danışır, Makrona isə qulaq asan olmayacaq”.

Tural Tağıyev
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://azvision.az
archiveBu xəbər 17 Aprel 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri