Makronun həyat yoldaşına qarşı kibermobbinqə görə on nəfər məhkum edilib
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Paris məhkəməsi bu gün Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makrona qarşı kibermobbinqdə on nəfəri günahkar bilib.
525.az “Reuters”ə istinadən xəbər verir ki, onlar xanım Makronun transgender qadın olduğunu, kişi kimi doğulduğunu iddia edən saxta məlumatları yaymaqda günahlandırılıblar.
Qeyd edək ki, xanım Bricit və həyat yoldaşı, Fransa Prezidenti Emmanuel Makron uzun müddətdir belə məlumatlarla üzləşirlər. Bu məlumatlar arasında Brijitin əslində böyük qardaşı Jan-Mişel Tronye adı ilə doğulduğu iddiaları da olub.
Cütlük arasındakı 24 illik yaş fərqi də tənqid və istehzalara səbəb olub. İllərlə bu tənqidləri görməzdən gəlsələr də, son zamanlar məhkəməyə müraciət ediblər.
Məhkəmənin qərarı ilə səkkiz kişi və iki qadın Bricit Makronun cinsi və seksual orientasiyası ilə bağlı zərərli şərhlərə görə günahkar biliniblər. Onlara müxtəlif cəzalar verilib. Bir nəfər altı aylıq həbs cəzasına məhkum edilib, digərləri isə səkkiz aya qədər şərti cəzalar alıb. Əlavə olaraq cərimələr, kibermobbinqin qarşısını almaq üçün məcburi kurslar təyin olunub və beş nəfərə şərhlərini yerləşdirdikləri sosial şəbəkədən istifadə qadağan edilib. Bəziləri şərhlərini satira kimi əsaslandırmağa çalışsalar da, məhkəmə bu arqumenti rədd edib.
Mühakimə olunanlardan biri - qalereya sahibi və yazıçı, 55 yaşlı Bertrand Scholler şərti həbs cəzasına etiraz edəcəyini vurğulayıb. “Bu dəhşətlidir. Bu iyrəncdir” - deyə o, məhkəmədə jurnalistlərə bildirib: “Bu göstərir ki, Fransa cəmiyyəti söz azadlığını məhdudlaşdırmaq istiqamətində çox irəliləyib. Söz azadlığı artıq mövcud deyil”.
Bir gün əvvəl TF1 kanalına verdiyi müsahibədə Bricit Makron kibermobbinqlə mübarizəsini müdafiə edib və ümid edib ki, bu, başqaları üçün nümunə olacaq. O bildirib ki, o hücum edənlər onun cinsiyyəti ilə bağlı dəqiq sübutları görməzdən gəliblər. “Doğum şəhadətnaməsi boş şey deyil. Uşağın cinsini anası və ya atası bildirir”, - deyə o qeyd edib.
525
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 05 Yanvar 2026 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















