Makronun həyat yoldaşının “kişi” olduğunu deyənlər HƏBS OLUNDU
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paris Cinayət Məhkəməsi Fransa birinci xanımı Bricit Makron barədə onlayn təqib və şayiələrin yayılması işi üzrə hökm çıxarıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə on nəfəri prezidentin həyat yoldaşına qarşı “qəsdən zərər vurmaq”da — yəni “pis niyyətli, alçaldıcı və təhqiramiz ifadələr” yaymaqda təqsirli bilib.
Təqsirləndirilənlərin əksəriyyətinə dörd aydan səkkiz aya qədər şərti həbs cəzası verilib.
İş üzrə təqsirləndirilənlərin biri məhkəmə iclasına gəlmədiyinə görə altı ay müddətinə real həbs cəzasına məhkum edilib.
Məhkum olunanlar arasında reklam agentliyinin rəhbəri Orelien Puasson (səkkiz ay şərti cəza) və “falçı” kimi tanınan Amandin Rua (altı ay azadlıqdan məhrumetmə, cəzanın icrası təxirə salınmaqla) da var. Prokurorluq onları Bricit Makrona qarşı dezinformasiya kampaniyasının təşəbbüskarları kimi təqdim edib. Hər iki şəxsə internetdə digər istifadəçilərə hörmətli münasibət mövzusunda xüsusi kurs keçmək də tapşırılıb.
Təqsirləndirilənlərin hamısı sosial şəbəkələrdə Bricit Makronun guya transgender qadın olması və Jean-Mişel Tronyö adı ilə kişi kimi doğulması barədə konspirativ nəzəriyyə yayıblar.
Qeyd edək ki, Jean-Mişel Tronyö Bricit Makronun qardaşının adıdır. Həmçinin onlar Emmanuel və Bricit Makron arasında olan 24 illik yaş fərqini açıq şəkildə məsxərəyə qoyublar.
Hazırda ABŞ məhkəməsində də Fransa prezidenti və birinci xanımının ultra-sağçı fəal Kendis Ouensə qarşı analoji iddiasına baxılır. Ouens də Bricit Makronun transgender olması ilə bağlı şayiələrin əsas təbliğatçılarından biri kimi tanınır.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 05 Yanvar 2026 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















