Icma.az
close
up
RU
Makronun kokain sərgüzəşti VİDEO

Makronun kokain sərgüzəşti VİDEO

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Yelisey sarayının “X” sosial şəbəkəsindəki saytında verdiyi açıqlamada bunun sadə bir salfet olduğu və yayılan iddiaların dezinformasiya kampaniyasının bir hissəsi olduğu vurğulanıb.
Mayın 10-da “Associated Press Agentliyi (AP)” tərəfindən yayımlanan videoda Makronun Almaniya kansleri Fridrix Merts və Böyük Britaniyanın baş naziri Kir Starmer ilə Kiyevə səfəri əks olunub. Jurnalistlər çəkiliş aparmağa başlayanda onlar qatar vaqonunda masa arxasında oturmuşdular. Makron masanın üstündən əzilmiş salfeti götürür, Merts isə bıçaqları kənara itələyir. Siyasətçilərin qarşısında su stəkanları və sənədləri olan qovluqlar da olub.
Görüntülər dərc edildikdən sonra internetdə Makronun kokain gizlətdiyi iddiası ilə bağlı şərhlər yayılıb. Yelisey sarayı ittihamları saxtakarlıq və Avropa vəhdətini pozmaq cəhdi adlandırıb.
- Avropa birliyi sərf etməyəndə dezinformasiya o həddə çatır ki, sadə salfet də narkotikə oxşayır. Bu saxta xəbərləri Fransanın düşmənləri həm xaricdə, həm də ölkə daxilində yayırlar. Biz manipulyasiyaya qarşı ayıq-sayıq qalmalıyıq. Bu, burnunuzu üfürmək üçün salfetdir, bu isə, sülh qurmaq üçün Avropa birliyidir”, - Yelisey sarayının salfetin fotosu və
Makron, Merts və Starmerin çəkilişləri ilə müşayiət olunan bəyanatında deyilir.
Qeyd edək ki, Kiyevə səfəri zamanı Avropa liderlərinin, o cümlədən Polşanın baş naziri Donald Tuskun Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş zamanı ABŞ prezidenti Donald Trampla da telefon danışıqları olub.
“Axios” portalının məlumatına görə, Tramp Ukraynanın Rusiya ilə atəşkəs və birbaşa danışıqlara razılıq verməsindən məmnunluğunu ifadə edib.
Görüşdən sonra Makron Ukrayna və Avropa ölkələri üçün “yeni era”nın gəldiyini və
Avropanın “özünü güc olaraq gördüyünü” deyib.
Rusiya daha sonra mayın 15-də İstanbulda Ukrayna ilə birbaşa danışıqlar aparmağı təşəbbüsünü irəli sürsə də, Kiyevin israrlı olduğu 30 günlük atəşkəs rejimini dəstəkləməkdən imtina edib.


Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://azvision.az
archiveBu xəbər 12 May 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see328

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see328

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see325

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see265

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see259

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see257

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see255

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see251

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see250

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see237

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see215

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see209

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri