Icma.az
close
up
RU
Makronun Mavrikiyə səfəri: bir sıra mühüm razılaşmalar imzalanıb

Makronun Mavrikiyə səfəri: bir sıra mühüm razılaşmalar imzalanıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Paris, 21 noyabr, AZƏRTAC

Fransa Prezidenti Emmanuel Makron Mavriki adasına səfəri çərçivəsində dünən axşam Port-Luida Mavrikinin Baş naziri Navin Ramqulam ilə birgə keçirdiyi görüşdən sonra iki ölkə arasında təhlükəsizlik, enerji və təhsil sahələrini əhatə edən bir sıra strateji razılaşmaların imzalandığını elan edib.

AZƏRTAC xəbər verir ki, əldə olunan razılaşmalar dəniz təhlükəsizliyi, qaçaqmalçılıqla mübarizə, su ehtiyatlarının idarə edilməsi, enerji keçidi və ikidilli təhsilin inkişafı kimi əsas istiqamətləri əhatə edir. Makron bildirib ki, dəniz təhlükəsizliyi razılaşmalarının məqsədi ölkə iqtisadiyyatı üçün həyati önəm daşıyan xüsusi iqtisadi zonaların qorunmasıdır. Bu, həm də qeyri-qanuni balıqçılığa qarşı resursların müdafiəsi, eləcə də narkotrafik və təşkilatlanmış cinayətkarlıqla mübarizədə birgə səylərin gücləndirilməsi deməkdir.

Fransa lideri, həmçinin qeyd edib ki, dövrümüzün əsas qlobal çağırışları - geostrateji gərginliklər, iqlim dəyişiklikləri və biomüxtəlifliyin qorunması barədə Mavrikiya ilə ortaq vizyon paylaşırlar. O, beynəlxalq hüquqa hörmət və effektiv multilateralizmə inandıqlarını vurğulayıb. Makron iki ölkənin güclərini daha da birləşdirmək barədə razılığa gəldiklərini bildirib. “Bu səfər zamanı sıx əməkdaşlıq edəcək, dəniz təhlükəsizliyi və okeanın qorunması sahəsində bir neçə böyük anlaşma imzalayacağıq”,- deyə Fransa Prezidenti vurğulayıb. Yeni razılaşmalar çərçivəsində Fransa dəniz qüvvələrinin imkanlarının Mavrikiya hava nəzarəti qabiliyyətləri ilə daha koordinasiyalı şəkildə istifadəsi və Hind Okeanı Akademiyası vasitəsilə əməkdaşlıq üzrə təlim proqramlarının gücləndirilməsi nəzərdə tutulur.

Makron Mavrikiya hökumətinin beynəlxalq BBNG müqaviləsinə verdiyi dəstəyi də tarixi bir irəliləyiş kimi qiymətləndirib. O, səfərinin simvolik tərəfinə də toxunaraq bildirib ki, sabah Pamplemus (Pamplemousse) bağlarına gedərək Mavrikiya demokratiyasının iki banisinin xatirəsinə ehtiram göstərəcək.

Baş nazir Navin Ramqulam isə Makronla əvvəlcə təkbətək, daha sonra geniş tərkibli görüş keçirdiklərini deyib. Onun sözlərinə görə, tərəflər iki ölkə arasındakı əlaqələri yenidən canlandırmaq üçün konkret vasitələri müzakirə ediblər. “Biz geosiyasət, korrupsiya ilə mübarizə, narkotiklər, dəniz təhlükəsizliyi və transsərhəd cinayətkarlıq mövzularını ətraflı olaraq nəzərdən keçirdik və qeyri-qanuni fəaliyyətlərə qarşı əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğuladıq”, - deyə Baş nazir əlavə edib.

N.Ramqulam Mavrikiya ilə Fransa arasında mavi iqtisadiyyat, enerji keçidi, bərpaolunan enerji, su ehtiyatlarının davamlı idarə edilməsi və ikidilli təhsilin inkişafı üzrə anlaşmaların imzalandığını təsdiqləyib. O, həmçinin özəl sektor üzrə əməkdaşlığa, xüsusilə şəkər və un istehsalı sahəsindəki tərəfdaşlıqlara diqqət çəkib.

Baş nazir Fransa İnkişaf Agentliyinin əsas tərəfdaş olduğunu qeyd edib və ötən il Mavrikiya tərəfindən 340 min fransız turistinin qarşılandığını xatırladıb. Hər iki lider regional vəziyyəti, xüsusilə Madaqaskarla bağlı ortaq mövqelərini müzakirə edib və Hind okeanında sabitliyin gücləndirilməsinə sadiqliklərini bəyan ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri