Icma.az
close
up
RU
“Makronun nə parlamentdə, nə də əhali arasında dəstəyi var” Politoloq

“Makronun nə parlamentdə, nə də əhali arasında dəstəyi var” Politoloq

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Fransanın "Vətənpərvərlər" partiyasının lideri Florian Filippo Prezident Emmanuel Makronun üçüncü prezidentlik müddətinə namizədliyini irəli sürmək üçün Konstitusiya Şurasının sədri vəzifəsinə Riçard Ferranı təyin etməklə dövlət çevrilişinə hazırlaşdığını iddia edib.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Zaur İbrahimli bildirib ki, Avropa parlamentində keçirilən seçkilər və onun ardından isə Fransa parlamentində keçirilən növbədənkənar  seçkilər göstərdi ki, Makronun partiyası, onun tərəfdarları cəmiyyətdə kifayət qədər dəstəyə malik deyil:
“Əslində, faktiki olaraq o respublika baryeri tətbiq edərək, ultra sağçılarla  birləşərək sol qüvvələrin iqtidara gəlməsinə mane oldu.  Hələ də sol cinah hesab edir ki, bu, əslində formal nöqteyi-nəzərdən konstitusiya çevrilişi adlana bilərdi. Çünki siyasi manipulyasiyalarla seçicilərin səslərini qazanmış siyasi qüvvələri iqtidara gəlməyə qoymadılar.  Bunun üçün formal hüquqi prosedurlardan sui-istifadə etdilər. Makron iqtidarı siyasi baxımdan yetərli dəstəyə malik deyil. Ötən il keçirilən sorğular göstərdi ki, əhalinin 70 %-dən çoxu Makronun siyasətindən narazıdır.  Əslində, Makron hazırda Fransanın tarixindəki rəhbərlərindən ən az dəstəyə malik dövlət başçısı kimi tarixə düşür. Bu baxımdan Makronun təyinatı əslində, onun özünü impiçment qorumaq və özünə qarşı hər hansı hüquqi prosedurlara qarşı preventiv adım kimi qiymətləndirilə bilər. Əlbəttə, onun abonentləri bunun konstutusiya çevrilişinə hazırlıq kimi qiymətləndirirlər. Makronu da artıq Napoleon  sayağı siyasət yeritməkdə ittiham edirlər”.
Politoloq onu da qeyd edib ki, Makron xüsusən ikinci dönəmində Fransa siyasi ənənələrini zidd olaraq avtoritar hakim kimi özünü aparır, siyasi qərarların qəbulunda abonentlərin fikirlərinə yer vermir:
“Bu baxımdan onlar bu məsələni gündəliyə gətirməklə Makronun onsuz da zəif olan siyasi reputasiyasına zərbə vurmağa çalışırlar.  Əsas vəzifə də Makron hökumətinin dağılması və hökumət quruculuğunun onun abonentlərini keçməsini təmin etməkdir. Fransada konstitusiyanın  dəyişimi çox mürəkkəb bir prosesdir. Bunun üçün Makronun nə parlamentdə, nə də əhali arasında dəstəyi var. Bu baxımdan isə düşünmürəm ki, məhz konstitusiya çərçivəsində hazırlıqdır.  Makron özünü qorumaq üçün bu addımı atıb. Çünki artıq bir dəfə onun impiçment məsələsi parlamentdə gündəliyə gəlmişdi, lakin bu çox mürəkkəb prosedurdur.  Əvvəldən də bəlli idi ki, bu prosesi sona qədər çatdırmaq mümkün  olmayacaq. Lakin görürük ki, mütəmmədi olaraq Fransa parlamentində Makron iqtidarına qarşı etimadçılıq səs verilməsi keçilməsinə cəhd oldu, lakin bu baş tutmadı. Makron iqtidarının legitimini zəif olması bu siyasi böhranın bünövrəsində durur. Bu baxımdan Makronun nəinki , üçüncü dönəm seçilməsi, hələ onun ikinci dönəmi hansı siyasi kapitalda başa vurmasının özü mübahisəlidir. Bu baxımdan güman edirəm ki, Makron iqtidarına  ölkə daxilində təzyiq və hücumlar güclənəcək.Bunun üçün də kifayət qədər əsas var. Fransanın iqtisadi göstəriciləri yaxşı deyil, iqtisadi artım gözlənilən səviyyədə deyil. Xüsusən də Afrika qitəsində geosiyasi gücünü itirməkdədir.  Eyni zamanda Fransanı Avropa İttifaqının liderinə çevrilmək iddiaları da boşa çıxdı. Fransanın miqrant siyasətində çox ciddi problemlər var. Xüsusən sosial problemlər kəskin şəkildə artıb. Gəlir bərabərsizlik Makronun dövründə daha da artıb.  Makron vəd etdiyi, iqtisadi islahatları  da həyata keçirə bilmədi. Yəni, bu baxımdan Makron iqtidarı cəmiyyətin nüfuzunu itirib. Düşünmürəm ki, Fransa cəmiyyəti  imkan verə ki, Makron konstitusiyanı dəyişib 3-cü dəfə seçilsin. Vaxt keçdikcə Makron iqtidarı artan təzyiqlərə müqaviməti azalacaq. Növbədənkənar seçkilər də istisna deyil”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Fevral 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see189

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see185

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see182

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see155

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see133

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see127

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see123

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri