Maks Ferstappenin yarışacağı turnirdə limit ləğv edildi
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Mayın 16-dan 17-nə kimi keçiriləcək ənənəvi "Nürburqrinq 24 saat" marafonu uzun müddətdən sonra ən izdihamlı yarışlardan birinə səhnə olacaq.
İdman.Biz xəbər verir ki, turnir təşkilatçıları iştirakçı komandaların sayına qoyulan 150-lik limiti ləğv etmək qərarına gəliblər. Buna səbəb yarışda iştirak üçün 161 komandanın müraciət etməsi olub.
Əvvəlcə təşkilatçılar seçim prosesi keçirərək sayın 150-yə endiriləcəyini elan etsələr də, sonradan "Yaşıl cəhənnəm"ə hazırlaşmaq üçün resurslarını sərf edən bütün komandaların start xəttinə buraxılmasının daha ədalətli olacağına qərar verilib.
Qeyd edək ki, ilin dörd böyük klassik dözümlülük yarışından biri hesab olunan bu marafonda "Formula-1" çempionu Maks Ferstappen də iştirak edəcək. Yarışın rəsmi iştirakçı siyahısı həftənin sonuna qədər açıqlanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 28 Aprel 2026 23:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















