Maksim Medvedev: Azərbaycan Premyer Liqasında real rəqabət mühiti formalaşıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 25 fevral, AZƏRTAC
Bu mövsüm Azərbaycan Premyer Liqasında real rəqabət mühiti formalaşıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusu Maksim Medvedev deyib.
O bildirib ki, əvvəlki illərlə müqayisədə çempionat daha gərgin və çətin keçir: “Məsələn, əvvəllər “Qarabağ” həm daxili çempionatda, həm də avrokuboklarda paralel mübarizə apara bilirdi. İndi isə ölkə çempionatında digər klublar da güclənib. Artıq heç bir oyun asan deyil və xal itkiləri qaçılmaz olur. Misal üçün, “Qarabağ” XVII turda “Kəpəz” ilə matçda 0:2 hesablı məğlubiyyət yaşadı. Halbuki kağız üzərində belə nəticə gözlənilmirdi. Sıx qrafik və yorğunluq da təsir göstərir”.
Maksim Medvedev sabiq komandasının çempionluq şanslarını yüksək qiymətləndirib: “Qarşıda hələ çox qarşılaşma var. Mən komandaya inanıram və əminəm ki, lider “Sabah”la mövcud xal fərqini azaldacaq və yenidən liderliyə yüksələcək. Arzum budur ki, gələn mövsüm də Azərbaycanı Çempionlar Liqasında məhz “Qarabağ” təmsil etsin”.
Veteran müdafiəçi qeyd edib ki, başqa komanda çempion olacağı təqdirdə, Çempionlar Liqasında daha güclü rəqiblərlə qarşılaşacaq və bu zaman ciddi suallar yaranacaq: “Həmin komanda ilk mərhələni keçə biləcəkmi, yoxsa yox? Bu da reallıqdır. Amma biz hər zaman ədalətli və idman prinsiplərinə əsaslanan mübarizənin tərəfində olmuşuq. Mövsüm boyu kim daha sabit, daha hazırlıqlı və daha güclü çıxış edirsə, çempion da o olmalıdır. Çempionluq təsadüf nəticəsində qazanılmır. Bu gün “Qarabağ” elə bir səviyyədədir ki, hətta 4 xal geridə olsa belə, gəlib çempion ola biləcək potensiala malikdir”.
Qeyd edək ki, 21 turdan sonra “Sabah” 52 xalla turnir cədvəlinə başçılıq edir. Bir oyun az keçirən “Qarabağ” isə 45 xalla ikincidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 25 Fevral 2026 19:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















