Icma.az
close
up
RU
Maksim Medvedev: “Kadi daha güclü qayıdıb, ona inanıram” MÜSAHİBƏ

Maksim Medvedev: “Kadi daha güclü qayıdıb, ona inanıram” MÜSAHİBƏ

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Qarabağ”ın sabiq kapitanı Maksim Medvedevin İdman.biz-ə müsahibəsi

- Kadi Borgesin yenidən “Qarabağ”a qayıtmasını necə dəyərləndirirsiniz?

- Kadi “Qarabağ”ın bir parçasıdır. Vaxtilə birlikdə yaxşı nəticələr qazanmışıq. Onun qayıtmasının komandaya böyük təsiri olacaq. Kadini həm oyunçular, həm rəhbərlik, həm də məşqçilər heyəti yaxşı tanıyır. Hamısı bilir ki, o, nəyə qadirdir. Üstəlik, Kadinin adaptasiya üçün zamana ehtiyacı olmayacaq. Ola bilər ki, cəmi iki həftəyə bizim futbol stilimizə qayıtsın. Əsas odur ki, Kadi qısa zamanda tam performansını göstərə bilsin.

- Bundan öncə dəfələrlə bizim klublardan ayrılan futbolçuların geri döndükdə əvvəlki kimi yaxşı performans göstərmədiklərinin şahidi olmuşuq. Sizcə, eyni hal Kadi ilə də yaşana bilərmi?

- Özündən çox şey asılıdır. Dinamikasını göstərə bilsə, qısa zamanda nəticə verə biləcək. Ümid edirəm ki, Kadi daha güclü qayıdıb və ona inanıram. Biz bilirik ki, o nəyə qadirdir və rəqibləri nə dərəcədə təzyiq altında saxlaya bilir. Rəqiblər Kadidən çəkinirdi. Buna görə də, onun yenidən “Qarabağ”a qayıtması fikrimcə, komandaya çox böyük fayda verəcək.

- Kadi ilə “Qarabağ”dan gedəndən sonra əlaqə saxlayırdınız?

- Təbii ki, əlaqəni kəsməmişdik. Tez-tez mesajlaşır, telefonla danışırdıq. Kadi ilə münasibətimiz həmişə isti olub.

- AFFA-nın legioner limitinin ləğvi ilə bağlı verdiyi qərar son günlər futbol ictimaiyyətimizin əsas müzakirə mövzularındandır. Siz bu haqda nə düşünürsünüz?

- Həmişə demişəm ki, biz legionerləri kompleks şəkildə oyuna buraxırıq. Sırf 11 legioner oynayanda təbii ki, azərbaycanlı futbolçular üçün yaxşı olmayacaq. Çünki onlara yer az qalır. Ancaq bu strategiya ilk “beşlik”də olan komandalara sərf edir, çünki onların büdcəsi yaxşıdır. Hansı klubların ki, büdcəsi aşağıdır, onlar bu məsələdən dolayı sıxıntı yaşayacaqlar. Bir sözlə, qərarın həm yaxşı, həm də pis tərəfləri var.

- Siz özünüz də hazırda “Qarabağ”ın aşağı yaş qrupları üzrə komandasında işləyirsiniz. Bu sferada olan biri kimi sözügedən qərarın uşaq futboluna təsirini necə dəyərləndirirsiniz?

- Əlbəttə ki, bizə müəyyən qədər çətinlik yaradacaq. Çünki bu gün fəaliyyət göstərən futbol akademiyaları gələcəkdə Premyer Liqaya təxminən 100 uşaq verəcək. Həmin uşaqların harada oynaması sual altındadır. Əslində, bundan da çıxış yolu var. Ya xaricdə gedib oynayacaqlar, ya da komandalar artırılacaq ki, uşaqlar orada çıxış edə bilsinlər. Çünki hər klubdan 100 uşaq çıxanda görün bu nə qədər futbolçu edir. Axı onlar haradasa oynamalıdırlar. Tutaq ki, 20 faiz xaricə getdi, bəs qalanları? Bu, çox böyük rəqəmdir. Görünən odur ki, çoxu gedib I liqada oynayacaq, ən yaxşıları isə Premyer Liqaya qalxacaq. Hazırki qərarlar gedişatı bu yöndə aparır. İstənilən halda, bu strategiya üzərində xeyli işləmək lazımdır.

Aytac Sahəd
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 06 Fevral 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri