Maksim özü qruplaşmada ola bilər. Bizdə qruplaşma harda olub ki? Mahir Şükürov
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Maksim Medvedev ötən həftə İTV-nin “OffTOP” podkastında səsləndirdiyi fikirlərlə hər kəsi təəccübləndirib.
Onun “millidə həmişə qruplaşma olub, bizim vaxtımızda da olub, indi də var” fikri ilə bağlı uzun illər yığmanın şərəfini qorumuş Mahir Şükürovdan açıqlama aldıq:
“Legionerlər həmişə qruplaşır - bu normaldı. “Qarabağ”ın futbolçuları, “Neftçi”nin futboluları istər-istəməz bir-birinə yaxındı deyə, qruplaşma ola bilər. Məşqə çıxdı, hamı eynidi, oyuna çıxdı, hamı eynidi. Yemək yeyəndə, məşqdən kənarda qruplaşma ola bilər. Oyuna çıxanda hamı nəticə üçün vuruşur, çalışır. Bizim vaxtımızda qruplaşma olmayıb. Bəlkə Maksimin vaxtında olub – bunu deyə bilmərəm. İstər klubda, istər mən oynadığım müddətdə millidə heç bir qruplaşmadan söhbət gedə bilməzdi. Maksim özü qruplaşmada ola bilər. Bizdə qruplaşma harda olub ki?”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 11 Aprel 2025 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















