Maksim Qalkinin İstanbul konserti ləğv edildi
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, buna səbəb komediya ustasının İsrail və Qəzza zolağında davam edən müharibə ilə bağlı mövqeyidir.
Aktivistlər bildiriblər ki, Qalkin bir neçə ildir İsraildə yaşayır, İsrail ordusunun hərəkətlərini açıq şəkildə dəstəkləyir və Qəzza zolağında baş verən humanitar fəlakətə haqq qazandırmağa çalışır.
Konsertin ləğv edilməsi tələbi ilə vətəndaşlar Türkiyənin Daxili İşlər və Mədəniyyət nazirliklərinə, eləcə də İstanbulun yerli hakimiyyət orqanlarına müraciətlər ediblər.
Yerli sakinlər də məsələyə etirazlarını bildiriblər. Onlar konsertin kim tərəfindən təşkil edildiyini və Qalkinin Türkiyədə çıxış etmək üçün hansı əsaslarla dəvət olunduğunu sorğulayıblar.
Qeyd edək ki, konsertin ləğv edilməsi ilə bağlı tələblər aktivistlərin mövqeyini əks etdirir. Konsertin taleyi ilə bağlı rəsmi qərar barədə məlumat verilməyib.
Konsertin biletlərinin təxminən yarısı satılmışdı.
2022-ci ildə Qalkin həyat yoldaşı Alla Puqaçova ilə birlikdə Rusiyanı tərk edib.(Teleqraf)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 24 Oktyabr 2026 22:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















