Malayziyanın keçmiş baş naziri məhkəmə qarşısına çıxdı
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Malayziyanın keçmiş baş naziri Muhyiddin Yassin qiyam ittihamı ilə məhkəmə qarşısına çıxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Star” qəzeti məlumat yayıb.
İttiham tərəfinin iddiasına görə, Muhyiddin Yassin Malayziyanın Ali Rəhbərinin ünvanına təhrikedici ifadələr işlədib.
Nəşrin yazdığına görə, Malayziyanın keçmiş baş naziri bir il əvvəl parlamentin 222 üzvündən 115-nin dəstəyini aldığını, o dövrdəki Ali Rəhbər Abdullah Riayyatuddin Əl-Mustafa Billahın isə onu hökumət qurmaq imkanından məhrum etdiyini bildirib. Bu sözlərinə görə Muhyiddin Yassin kral hakimiyyətini təhqir etməkdə və üsyana təhrik etməkdə ittiham olunub.
Qəzet yazır ki, Kelantandakı ilkin məhkəmə iclası zamanı keçmiş baş nazir özünü təqsirli bilməyib. Yassinə 5000 ringgit (1147 ABŞ dolları) girov qoymağa icazə verilib və məhkəmə iclası noyabrın 4-nə qədər təxirə salınıb.

Netanyahu məhkəmə qarşısına çıxdı
10 Dekabr 2024 13:52
Namiq Mirzəyev məhkəmə qarşısına çıxdı
06 Avqust 2025 15:38
Elarizin kürəkəni yenə məhkəmə qarşısına çıxdı
21 İyul 2025 21:12
Ərdoğan Malayziyanın Baş naziri ilə regional məsələləri müzakirə edib
07 İyun 2025 07:39
Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimdən AZƏRTAC
14 Yanvar 2025 14:48

