Mali və Sudanla müdafiə sənayesi sahəsində əlaqələr müzakirə edilib
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
Dekabrın 9-da Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov Mali Respublikası Milli Təhlükəsizlik Agentliyinin baş direktoru Modibo Kone və Sudan Respublikası Müdafiə Sənayesi Sisteminin baş direktoru Mirgani İdris Süleymanla görüşüb.
Newscenter.az xəbər verir ki, görüş zamanı müdafiə sənayesi sahəsində əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər arasında təcrübə mübadiləsi, eləcə də texnoloji və elmi-texniki əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılıb.
Qonaqlara Azərbaycanın müdafiə sənayesinin inkişafı, yerli istehsal potensialı və ixrac imkanları barədə ətraflı məlumat verilib. Onlar ölkəmizdə müdafiə sənayesi üzrə əldə edilən uğurları yüksək dəyərləndirərək, bu sahədə əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Səmimi və konstruktiv şəraitdə keçən görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Cavid
Bu mövzuda digər xəbərlər:Tramp Sudanla da məşğul olacaq
20 Noyabr 2025 15:32
Gürcüstanla din sahəsində əlaqələr müzakirə olunub
17 Mart 2025 21:51
Azərbaycan ilə Rusiya arasında elm və təhsil sahəsində əlaqələr müzakirə edilib
14 Noyabr 2024 14:08
XİN dən Portuqaliya və Sudanla bağlı paylaşım Yenilənib
04 Sentyabr 2025 18:16
Baxış sayı:70
Bu xəbər 09 Dekabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















