Icma.az
close
up
RU
Maliyyə İdarəetmə Sistemi yaradılacaq

Maliyyə İdarəetmə Sistemi yaradılacaq

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.


Azərbaycanda yeni İnteqrəolunmuş Maliyyə İdarəetmə Sistemi (IFMIS) konsepsiyasının hazırlanması nəzərdə tutulur.
Reyting.az
Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, qurumda Cənubi Koreyanın Fiskal İnformasiya Xidməti ilə birgə "Koreya–Azərbaycan IFMIS Seminarı" keçirilib. Məqsəd maliyyə idarəçiliyinin rəqəmsallaşdırılması prosesini sürətləndirmək, dövlət maliyyə nəzarətinin daha da gücləndirilməsi üçün qabaqcıl beynəlxalq təcrübələrlə tanış olmaq, Azərbaycan üçün yeni İnteqrəolunmuş Maliyyə İdarəetmə Sistemi (IFMIS) konsepsiyasının hazırlanmasına, "dBrain+" təcrübəsinin öyrənilməsinə dəstək göstərməkdir.
Seminarın açılışında çıxış edən Maliyyə Nazirliyinin aparat rəhbəri Natiq Həsənov Maliyyə son dövrlərdə aparılan genişmiqyaslı rəqəmsallaşma prosesi barədə məlumat verib və qeyd edib ki, bu istiqamətdə görülən işlər artıq dövlət idarəçiliyinin bütün səviyyələrini əhatə edən kompleks transformasiya mərhələsinə daxil olub. Qeyd olunub ki, "Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" ölkə Prezidentinin 25 avqust tarixli Fərmanı maliyyə idarəetməsi sahəsində rəqəmsal islahatların daha da sürətləndirilməsi üçün çox ciddi hüquqi və institusional baza formalaşdırır. Həmin fərmanla büdcə planlaşdırılması, icrası, mühasibat uçotu, dövlət borcunun idarə olunması və auditi əhatə edən proseslərin vahid yanaşma ilə modernləşdirilməsi üzrə konkret tapşırıqlar verilib.
Aparat rəhbəri qeyd edib ki, Maliyyə Nazirliyinin əməkdaşlarının yay aylarında Koreyaya səfəri zamanı "dBrain+" sistemləri ilə tanışlığı, institusional idarəetmə modelinin öyrənilməsi və tətbiq olunmuş həllərin yerində araşdırılması Maliyyə Nazirliyi üçün olduqca dəyərli təcrübə təmin edib.
Öz növbəsində Koreya Fiskal İnformasiya Xidmətinin prezidenti Seok Ho Yoon vurğulayıb ki, ölkəsinin müvafiq qurumları Azərbaycanla təcrübə və qabaqcıl texnoloji həllərin paylaşılması prosesinə yaxından dəstək göstərməyə hazırdır.
Seminar çərçivəsində Koreya tərəfi "dBrain+", "e-Naradoum" hökumət subsidiyalarının idarəetmə sistemi və Koreya İqtisadiyyat və Maliyyə Kiber Təhlükəsizlik Mərkəzinin fəaliyyəti barədə təqdimatlar edib.
Azərbaycan tərəfi isə ölkənin hazırkı Rəqəmsal Dövlət İnformasiya Sisteminin strukturu, mövcud informasiya sistemləri və islahat tələb edən əsas istiqamətlər barədə təqdimatla çıxış edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 Noyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri