Icma.az
close
up
RU
“Maliyyə ilə bağlı problemlər davam edir” 10 oyunda 10 məğlubiyyətin səbəbi bu imiş

“Maliyyə ilə bağlı problemlər davam edir” 10 oyunda 10 məğlubiyyətin səbəbi bu imiş

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Futzal üzrə yüksək liqada ilk 10 tur geridə qalıb.

Əvvəldən bilindiyi kimi, çempionluq uğrunda mübarizə “Araz-Naxçıvan”, “Neftçi” və “Baku Fire” arasında gedir. Amma çempionatda bir komanda var ki, nəinki sonuncu pillədədi, hətta 1 xal da qazanmayıb. Söhbət “Yasamal Bakı”dan gedir.
Bəs, paytaxt təmsilçisinin uğurlu çıxışına nə mane olur? Komandada hansı problemlər var? Ötən mövsüm elita iştirakçıları sırasına qoşulan komanda niyə hələ də inkişaf edə bilmir?
“Football-plus.az” bu suallarla “Yasamal Bakı”nın baş məşqçisi Anar İsayevə müraciət etdi. Onun cavabı:

“Qış fasiləsinə qədər heyətlə bağlı ciddi problemlərlə üzləşdik. Oyunçu çatışmazlığı var idi. Lakin indi bu yöndə problemlər həllini tapıb. “Araz-Naxçıvan”dan iki oyunçu icarəyə götürmüşük. 1-ci liqa klublarından transfer etdiyimiz futzalçılar da var. Hazırda komandada 15 nəfər yer alıb. Hətta bəzi matçlarda meydana buraxmadığımız futzalçılar olur. Düzdü, qış fasiləsindən sonra keçirdiyimiz hər iki oyunda uduzduq. Lakin rəqiblərdən biri “Baku Fire” idi ki, bu komandaya güc gəlmək iqtidarında deyilik. “Şuşa” ilə görüşdə isə əsas oyunçularımız zədəli idi. Özüm son qarşılaşmada komandama yardım edə bilməmişəm. Təəssüf ki, maliyyə ilə bağlı problemlər də davam edir. Sponsorumuz yoxdu. Futzalçılar nəinki maaş, yolpulu belə almır. Sadəcə, özünü yaxşı tərəfdən göstərib “Araz-Naxçıvan”, “Neftçi” və “Baku Fire” kimi komandaların diqqətini çəkmək istəyirlər. Yəni komandadan tramplin kimi istifadə edirlər. İndiyə qədər buna nail olan oyunçular olub. İndi “Neftçi” və “Baku Fire”da çıxış edən bəzi futzalçılar ötən mövsüm bizdə idi. Qarşıdan U-19 millisiylə oyun gəlir. Həmin matçda qələbə qazanacağımıza inanırıq”.


KƏNAN BAHADIR
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Fevral 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri