Maliyyə Nazirliyi Bakı metrosuna faizsiz kredit verib
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu il fevralın 20-də "Bakı Metropoliteni" QSC Maliyyə Nazirliyindən ilin sonunda qaytarmaq şərti ilə 244,8 milyon manat faizsiz kredit alıb.
SİA bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, metro həmçinin hökumətdən əsas tikinti və təmir işlərinin maliyyələşdirilməsi, vaqonlar kimi yeni əsas vəsaitlərin alınması və infrastrukturun inkişaf etdirilməsi məqsədilə 73,63 milyon manat kapital vəsaiti alıb.
Bu il hökumət aşağı sərnişindaşıma tarifləri səbəbindən yaranmış zərərləri kompensasiya etmək üçün isə şirkətə 42,662 milyon manat subsidiya ayırıb.
Bundan başqa, bu il iyulunda şirkətin tikinti bölməsi onun funksiyalarının ixtisaslaşmış təşkilatlara ötürülməsi məqsədilə ləğv edilib. Bu addım tikinti idarəçiliyində çevikliyi, səmərəliliyi vəmüasirləşməni artırmaqla yanaşı, korporativ strukturu sadələşdirmək və idarəetmə xərclərini azaltmaq məqsədi daşıyır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası isə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə 1 oktyabr 2025-ci il tarixindən etibarən sərnişindaşıma tarifinin 50 qəpikdən 60 qəpiyə qaldırılmasını təsdiq edib.
Xatırladaq ki, "Bakı Metropoliteni" indiki təşkilati-hüquqi formada Prezident İlham Əliyevin 27 fevral 2014-cü il tarixli sərəncamına əsasən, Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" SC-nin birləşdirilməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 2 milyard 580,638 milyon manatdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 22 Dekabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















