Maliyyə Nazirliyinin nümayəndə heyəti Almatıda beynəlxalq tədbirdə iştirak edib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 27 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin nümayəndə heyəti Beynəlxalq Valyuta Fondunun (BVF) təşkilatçılığı ilə Qazaxıstanın Almatı şəhərində keçirilən “2025-ci il Milli Hesablar Sistemi (SNA) və Tədiyə Balansı üzrə Beynəlxalq Standartların 7-ci nəşri (BPM7)” üzrə yüksək səviyyəli dəyirmi masada iştirak edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən tədbirin əsas məqsədi yeni beynəlxalq statistik standartların tətbiqinə hazırlıq, bu istiqamətdə ölkələrarası əməkdaşlığın gücləndirilməsi və qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi olub.
Görüşdə yeni statistik standartların tətbiqi üzrə beynəlxalq təcrübələr, maraqlı tərəflərin prosesə effektiv cəlb olunması, resursların və infrastrukturun planlaşdırılması, eləcə də məlumatların yayım strategiyasının hazırlanması istiqamətində geniş fikir mübadiləsi aparılıb. Müzakirələr ölkələr arasında təcrübə mübadiləsinin dərinləşdirilməsinə, milli statistika sistemlərinin gücləndirilməsinə və beynəlxalq hesabatlılıqda şəffaflığın artırılmasına mühüm töhfə verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 27 Avqust 2025 18:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















