Icma.az
close
up
RU
Maliyyə sektorunda çalışan işçilərin 42% ni qadınlar təşkil edir

Maliyyə sektorunda çalışan işçilərin 42% ni qadınlar təşkil edir

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda maliyyə sektorunda çalışan işçilərin 42%-ni qadınlar təşkil edir.

Bu barədə “APA-Economics”ə Azərbaycan Mərkəzi Bankından bildirilib.

Qeyd edilib ki, 21 bank, 12 investisiya şirkəti və 16 sığorta şirkəti olmaqla cəmi 49 maliyyə institutu arasında aparılan sorğu nəticələrinə görə, ümumilikdə bu sektorunda son 12 ayda işəgötürülənlərin 37%-ni qadın əməkdaşlar təşkil edib.

Məlumata görə, bank sektorunda qadınlar ümumi işçi heyətinin 39%-ni, son 12 ayda işə qəbul olunanların isə 34%-ni təşkil edir. Keçən il ümumi işçi sayında qadınların payı 38% olub. Rəhbərlik səviyyəsində qadınların təmsilçiliyi daha aşağıdır. Departament və şöbə rəhbərləri arasında qadınların payı 21%, MŞ və İdarə Heyəti (İH) üzvləri arasında isə bu göstərici müvafiq olaraq 9% və 11%-dir. Gender müxtəlifliyinin nəzərə alınması ilə bağlı daxili tələblər yalnız 8 bankın sənədlərində əks olunmuşdur ki, bu da rəhbərlik səviyyəsində gender bərabərliyinin təşviqi üçün əlavə addımların zəruriliyini göstərir.

Sığorta sektorunda qadınlar ümumi işçi heyətinin 43%-ni, son 12 ayda işə qəbul olunanların isə 47%-ni təşkil edir ki, bu da sektorda gender bərabərliyinin nəzərə alınması ilə bağlı müsbət trend hesab olunur. Həmçinin, departament və şöbə rəhbərləri səviyyəsində qadınların təmsilçiliyi 31%, DŞ və İH-də isə müvafiq olaraq 14% və 23% təşkil etməsi maliyyə sektorunun digər seqmentləri ilə müqayisədə daha qənaətbəxş göstərici hesab edilə bilər.

İnvestisiya şirkətlərində isə hal-hazırda qadınlar ümumi işçi qüvvəsinin 44%-ni, ötən il yeni işəgötürülənlərin isə 32%-ni qadınlar təşkil edib. Bununla belə, qadınların rəhbər vəzifələrdə təmsil olunması üzrə faiz göstəriciləri daha aşağıdır. Belə ki, qadınlar şöbə və departament müdirləri kimi vəzifələrin 25%-ni tutsalar da, idarəetmənin yüksək səviyyələrində bu rəqəmlər daha da azalır. MŞ və İH vəzifələri üzrə qadınların təmsilçiliyi müvafiq olaraq 4% və 12% təşkil edir

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://apa.az
archiveBu xəbər 14 Fevral 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri