Icma.az
close
up
RU
Maliyyyə Nazirliyi: 44 adda ciddi hesabat blankı tam elektronlaşdırılacaq

Maliyyyə Nazirliyi: 44 adda ciddi hesabat blankı tam elektronlaşdırılacaq

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Azrbaycanda Elektron Ciddi Hesabat Blankları Sistemi çərçivəsində 44 adda blank tam elektronlaşdırılacaq və bunun hesabına kağız dövriyyəsi azaldılacaq və nəzarət mexanizmləri gücləndiriləcək.

Ölkə.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, qurumda rəqəmsal idarəetmə və elektron informasiya sistemləri üzrə fəaliyyətin təkmilləşdirilməsi üzrə yaradılmış İşçi Qrupun növbəti iclası keçirilib. Nazir Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin 25 avqust 2025-ci il tarixli fərmanı ilə dövlət maliyyəsinin idarə olunmasında rəqəmsallaşma, müasir idarəetmə mexanizmlərinin tətbiqi ilə bağlı geniş islahatlara başlanılıb. Fərmanın icrası çərçivəsində "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi yaradılır və bu, ayrı-ayrı platformalar deyil, tam inteqrasiya olunmuş vahid ekosistem kimi formalaşdırılır.

Nazir vurğulayıb ki, informasiya sistemlərinin vahid yanaşma əsasında qurulması və inkişaf etdirilməsi, qarşılıqlı inteqrasiyanın gücləndirilməsi və mərkəzləşdirilmiş idarəetmə mexanizmlərinin tətbiqi maliyyə idarəçiliyində səmərəliliyin, şəffaflığın və operativliyin artırılmasını təmin edəcək.

İclasın gündəliyinə uyğun olaraq "Rəqəmsal Maliyyə Mərkəzi" MMC Nazirliyin rəqəmsal idarəetmə və elektron informasiya sistemlərinin mövcud vəziyyəti, habelə onların vahid çərçivə əsasında inkişaf etdirilməsi və inteqrasiyası üzrə prioritetlər müzakirə olunub, əsas rəqəmsal sistemlər üzrə canlı təqdimatlar keçirib. Təqdimatlar zamanı "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi, e-müqavilə, e-mühasibat, Büdcə Məlumat İdarəetmə Sistemi (BMİS), Elektron Ciddi Hesabat Blankları Sistemi, e-büdcə portalı, eləcə də Vahid Data və Hesabatlıq Sistemi barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi çərçivəsində maliyyə sistemlərinin "bir çətir altında" mərkəzləşdirilmiş idarə olunması və inteqrasiyası təmin edilir. E-müqavilə sistemi vasitəsilə dövlət satınalmaları üzrə müqavilələrin bağlanması, icrası və monitorinqi tam elektron mühitdə həyata keçiriləcək. E-mühasibat informasiya sistemi isə ilkin qalıqların mərkəzləşdirilmiş formada əldə edilməsinə, avtomatik əmlak uçotunun aparılmasına və mühasibat uçotunda vahid yanaşmanın tətbiqinə imkan yaradacaq.

E-büdcə portalı isə elektron büdcə bələdçisi funksiyasını yerinə yetirir. Vahid Data və Hesabatlıq Sistemi isə "Data Lakehouse" yanaşması əsasında mərkəzləşdirilmiş məlumat mühitinin formalaşdırılmasına, analitika və qərar qəbul etmənin dəstəklənməsinə xidmət edəcək.

İclasda həmçinin cari il ərzində qarşıda duran vəzifələrə dair məlumat verilib, əsas rəqəmsal layihələr və fəaliyyət planı, sistemlərin inkişafı, genişləndirilməsi və inteqrasiyası, eləcə də texniki, institusional və normativ istiqamətlər üzrə nəzərdə tutulan tədbirlər müzakirə edilib.

Nazir qarşıya qoyulan vəzifələrin icrasında əlaqələndirilmiş fəaliyyətin və ardıcıl islahatların vacibliyini qeyd edərək, rəqəmsal maliyyə idarəçiliyinin daha da təkmilləşdirilməsinin Nazirliyin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb, müvafiq tapşırıqlar verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Yanvar 2026 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri