Icma.az
close
up
RU
Mallarını gömrükdən keçirmək məqsədilə sərnişinlərə payladı YAXALANDI

Mallarını gömrükdən keçirmək məqsədilə sərnişinlərə payladı YAXALANDI

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sərnişinlərə paylanılaraq gömrük sərhədindən qanunsuz keçirilməsinə cəhd göstərilən mallar aşkar edilib.

DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Modern.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində kommersiya fəaliyyəti üçün nəzərdə tutulmuş malların gömrük qaydaları pozulmaqla müxtəlif sərnişinlərə paylanılaraq şəxsi istifadə məqsədli mallar qismində gömrük sərhədindən qanunsuz keçirilməsi cəhdinin qarşısı alınıb.

Qeyd edilib ki, nəzarət tədbirləri çərçivəsində sözügedən malları xarici ölkədə sərnişinlərə paylayan Azərbaycan Respublikası vətəndaşının gömrük nəzarəti zonasını tərk etdikdən sonra həmin şəxslərdən topladığı və Heydər Əliyev adına Beynəlxalq Aeroportunun dayanacağındakı avtomobilinə yerləşdirdiyi müəyyənləşdirilib.

Avtomobilə keçirilən baxış zamanı ölkə ərazisinə şəxsi əşya adı altında gətirilən kommersiya təyinatlı mallar - 10 ədəd müxtəlif markalı mobil telefon, 25 ədəd elektron siqaret, 1810 ədəd siqaret və tütün məmulatı, xeyli miqdarda kosmetik vasitələr və ətirlər hüquqpozma predmeti kimi götürülüb.

İlkin araşdırma zamanı sərnişinlər gətirdikləri malların bir şəxsə aid olduğunu bildiriblər.

Dövlət Gömrük Komitəsi tərəfindən bildirilir ki, başqalarına məxsus kommersiya təyinatlı malları şəxsi əşya adı altında gömrük sərhədindən keçirən, habelə belə malları bilərək əldə edən, daşıyan, saxlayan, onlardan istifadə edən və onlar üzərində sərəncam verən şəxslər qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 May 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri