Icma.az
close
up
RU
Malta millisinin üzvü: “Kəpəz” Premyer Liqada öz yerini qoruyub saxlayacaq

Malta millisinin üzvü: “Kəpəz” Premyer Liqada öz yerini qoruyub saxlayacaq

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

Malta millisinin və “Kəpəz”in futbolçusu Trent Buhagiar apasport.az-a müsahibə verib.

- Milli komandada işlər necə gedir? Polşaya və Finlandiyaya məğlub oldunuz...
- Milli komanda ilə hər şey yaxşı getdi. Güclü rəqibə qarşı hər iki oyunda uduzsaq da, düşünürəm ki, gözəl futbol oynadıq. Nə Polşa, nə də Finlandiya ilə pis oynadıq. Hər iki oyunu yaxşı səviyyədə keçirdik. Bu iki oyundan çoxlu müsbət nəticə çıxara bilərik.

- Malta millisinin G qrupundakı şanslarını necə dəyərləndirirsən? Polşa, Finlandiya, Litva, Niderland. Səncə, şansınız var?
- Bu, çox güclü qrupdur. İrəliləmək çətin olacaq. Lakin biz özümüzə inanırıq və dünya çemıpionatının final mərhələsinə vəsiqə qazanmaq üçün hər oyuna köklənəcəyik. Yaxşı kollektivimiz var. Malta millisini daha yaxşı yerlərə aparmaq üşün ən yaxşısını edəcəyik. 

- Malta millisində səndən “Kəpəz” və Azərbaycan futbolu haqda soruşdular? Söhbətiniz oldu?
- Bəli, əlbəttə. Malta millisində komanda yoldaşlarım, məşqçilər məndən Bakı, Azərbaycan futbolu haqqında soruşdular. Söhbətlərimiz oldu. Mən də onlara Misli Premyer Liqasının və bu liqada çox yaxşı səviyyədə oyunçuların oynadığını dedim. 

- Hazırda "Kəpəz" 9-cu pillədədir. Səncə, komandanız Premyer Liqada qalmağı bacaracaq?
- Bəli, inanıram ki, “Kəpəz” Premyer Liqada öz yerini qoruyub-saxlayacaq. Bu həftə bizi böyük oyun gözləyir. Bu oyunda qalib gələ bilsək, son pillədəki komanda üzərində də daha böyük üstünlük əldə edəcəyik. Ümidvaram ki, hər şey istədiyimiz kimi alınacaq.

- Bu turda “Səbail"lə qarşılaşacaqsınız. Həmin oyuna final oyunu demək olar? Səncə, "Kəpəz" bu görüşdə qalib gələcək? 
- Bu, yəqin ki, mövsümdəki ən vacib oyunumuzdur. Doğrudur, sanki finala bənzəyir və bu oyunda qalib gəlməliyik. Biz özümüzə inanırıq. Bu oyunda, həm də digər oyunlarda qalib gələ bilərik. Bu mövsümü güclü şəkildə başa vuracağımıza çox inanıram. 

Azərbaycan millisinin üzvü: "Xorvatiyadan zəif oynamadıq" İlqar Aslanov: "Bu təzyiqə hazır idik" "Qarabağ" Tovuz səfərində - YENİLƏNİR Premyer Liqada yenilik Millimiz Xorvatiya ilə heç-heçə etdi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://apasport.az
archiveBu xəbər 28 Mart 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri