Icma.az
close
up
RU
Maltadakı konsert Serdar Ortaç kimi, Keremcan Durmaza da baha başa gəldi: Həbsinə qərar verildi

Maltadakı konsert Serdar Ortaç kimi, Keremcan Durmaza da baha başa gəldi: Həbsinə qərar verildi

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Yüksək izləyici sayına sahib sosial media fenomenlərindən biri olan türkiyəli bloqer Kerimcan Durmaz dünən saxlanıldıqdan sonra bu gün məhkəməyə çıxarılıb və həbs olunub.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Ntv.com.tr xəbər yayıb.

Bildirilir ki, məşhur müğənni Serdar Ortaç, tanınmış aparıcı Mehmet Ali Erbil və digər sosial media məşhurları kimi, bloqer də "futbol və digər idman yarışlarında mərc və şans oyunlarının təşkili" haqqında qanunu pozmaqda ittiham edilir. Belə ki, Maltada konsert zamanı onun arxasındakı LED ekranda qanunsuz mərc saytının reklamı yerləşdirilib.

Durmaz bununla bağlı məhkəməyə verdiyi ifadəsində 10 min avro qarşılığında DJ-lik etdiyini və sözügedən reklamdan xəbəri olmadığını deyib.

"Səhnəyə çıxanda arxamda Kerimcan Durmaz loqosu var idi. Bu mənim tələbim idi. Amma sonra mən çıxış edərkən arxamdakı LED-də mərc reklamı verilib, bunu konsert bitdikdən sonra sosial mediada etiketlənmiş olduğum videodan gördüm", - deyə o bildirib.

Durmaz konsert üçün aldığı 10 min avro ödənişin fakturasını təqdim edə biləcəyini də qeyd edib.

İstanbul Baş Prokurorluğundan araşdırma ilə bağlı açıqlama verilib və bildirilib ki, bu cür əməllər iqtisadiyyata zərər verir, həmçinin gənclər arasında asan pul qazanmağı təşviq edir.

Xatırladaq ki, 2024-cü ilin noyabrında məşhur musiqiçi Serdar Ortaç və Mehmet Ali Erbil də oxşar araşdırma çərçivəsində saxlanılmışdılar. Mehmet Ali Erbilə həftədə bir dəfə məhkəmə nəzarəti qaydasında imza atma vəzifəsi müəyyən edilib. Prokuror Serdar Ortaç üçün üç ilə qədər həbs cəzası tələb edib. Ortaçın vəkilləri prokurorun rəyinə qarşı müdafiə üçün əlavə vaxt istəyiblər. Növbəti iclas 2025-ci il fevralın 25-nə təyin olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Yanvar 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri