Maltadakı seçkilərdə Leyboristlər Partiyası qələbə qazanıb
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Maltanın Baş naziri Robert Abelanın lideri olduğu hakim Leyborist Partiyası parlament seçkilərində qalib gələrək hökumətin formalaşdırılması üçün ardıcıl dördüncü mandatı əldə edib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, R. Abela partiyanın "güclü mandat" qazandığını bəyan edib.
"Bu, bütün xalqın qələbəsidir və vətəndaşlar üçün təqdim etdiyimiz proqrama əsaslanır", – o, jurnalistlərə deyib.
Yerli medianın məlumatına görə, Leyborist Partiyası parlamentdə çoxluğu təmin edib.
Müxalifət Milli Partiyasının baş katibi Çarlz Bonello məğlubiyyəti etiraf edərək qeyd edib ki, hakim partiya ilə səs fərqi əhəmiyyətli dərəcədə azaldılıb.
Seçkilərdə iştirak 87,4% təşkil edib ki, bu da əvvəlki səsvermə göstəricisindən bir qədər yüksəkdir.
R. Abelanın bazar ertəsi səhər and içməsi gözlənilir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:198
Bu xəbər 31 May 2026 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















