Icma.az
close
up
RU
Mamaginekoloq: İlk abort qadını ana olmaqdan tamamilə məhrum edə bilər

Mamaginekoloq: İlk abort qadını ana olmaqdan tamamilə məhrum edə bilər

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

2017-ci ildə Azərbaycanda abort etdirən qadınların sayı 37 618 nəfər olub.

Dövlət Statistika Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən il Azərbaycanda abort etdirən 15-17 yaşlı qızların sayı 46, 2016-ci ildə 19, 2015-ci ildə 50, 2010-cu ildə isə 158 nəfər olub.

Məlumatda 18-19 yaşında aborta gedən qızların sayı da açıqlanıb. Belə ki, ötən il bu yaş aralığında abort etdirənlərin sayı 1559 nəfər təşkil edib.

Ümumilikdə aborta gedən 37 618 qadından 9 583 nəfəri 20-24, 11 706 nəfəri 25-29, 9 856 nəfəri 30-34, 4 868 nəfəri isə 35 və daha yuxarı yaşlı qadınlar olub.

Mama-ginekoloq Naibə Həsənovanın sözlərinə görə, qanunla Azərbaycanda hamiləliyin 12 həftəsinədək aborta icazə verilir:

“12 həftədən sonra isə abort mütləq tibbi göstəriş əsasında aparılır. Dölün özündə hər hansı bir problem yaranarsa, uşaq qüsurlu olarsa, aborta icazə verilir”.

Naibə Həsənova bildirib ki, yeniyetmələr arasında abortların artmasının səbəbi cinsi maarifləndirmənin zəif aparılmasıdır:

“Qızlarda cinsi yetkinlik yaşına çatması 11 yaşından başlayır. Xarici ölkələrdə həmin dövrdə onlara valideynləri və məktəbdə hər şey başa salınır. Azərbaycanda məktəbdə şagirdlərə cinsi tərbiyə mövzusunda dərslər keçirilməlidir. Onlara cinsi əlaqə necə olmalıdır, hansı yaşda cinsi həyata başlamaq, erkən yaşlarda hamiləliyin fəsadları kimi məsələlər izah edilməlidir”.

Mama-ginekoloq qeyd edib ki, həkimin qadını necə abort etməsindən asılı olaraq, onun orqanizmində müəyyən fəsadlar yarana bilər:

“İlk abortlar xüsusilə təhlükəlidir. Bu abortlar hamiləliyin ilk 6-7 həftəsinə kimi edildiyi üçün mini abortlar sayılır. Fəsadları da müxtəlifdir. Abort zamanı qadın infeksiyaya yoluxa, uşaqlıq boşluğunun daxili divarları zədələnə bilər. Nəticədə, uzun müddət müalicəyə ehtiyac yaranır. Ümumilikdə, abort hormonal sistemi pozur, immun sistemini isə zəiflədir. Bəzən qadın ana olmaqdan məhrum ola bilər”.

Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, hər il dünyada 70 mindən artıq qadın məhz abort nəticəsində ölür.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri