Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Manat, yoxsa xarici valyutada yığım daha sərfəlidir? İqtisadçı açıqladı

Manat, yoxsa xarici valyutada yığım daha sərfəlidir? İqtisadçı açıqladı

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Pul yığmaq istəyənlərin ən çox verdiyi suallardan biri də məhz valyuta seçimidir. Kimisi manatda qalmağı daha təhlükəsiz hesab edir, kimisi isə riskdən qaçmaq üçün xarici valyutaya üstünlük verir. Ancaq bu seçim təkcə bazardakı dəyişikliklərlə deyil, həm də şəxsi məqsədlər və planlarla birbaşa bağlıdır.

Bəs hansı valyutada yığım saxlamaq daha sərfəlidir?

Ölkə.Az-ın məlumatına görə, iqtisadçı Günay Hüseynova Valyuta.az-a bildirib ki, hansı yığım sərfəlidir sualına keçməzdən öncə, hansı məqsədlə istifadə olunacaq sualına cavab tapmalıyıq: 

"Məqsədinə görə yığım da fərqlidir. Məsələn, xarici ölkədə istirahət etmək üçün yığım edən şəxsin xarici valyutada yığım etməsi daha məqsədəuyğundur. Bu yığımın da təbii təfərrüatları var. Məsələn, İran, Türkiyə, Rusiya və bir sıra Asiya ölkələrinə səfər edəcək şəxslər üçün həmin ölkənin valyutasını alıb yığım etmək sərfəli deyil. Onlara USD və avroda yığım etmələri məsləhətdir.
Məsələn, elə şəxslər var ki, onlar yatırım etmək istəmir, xüsusilə də bu, orta yaşlı və sovet təfəkkürlü insanlarda belədir. Onlar üçün “nağd olsun”, “yastıq altında olsun”, “dar gün pulu olsun” prinsipi daha önəmlidir. Belə şəxslər üçün elə milli valyutada qalması məqsədəuyğundur.
Digər qrup şəxslər düşünür ki, manat sabitliyini pozacaq, buna görə xarici valyuta saxlayaq. Pul kütləsinin hər il müəyyən qədər dəyər itirməsindən dolayı həmin şəxslərin yığdığı pulun dəyəri azalır".

"İnsanların əksəriyyəti hazırda ev üçün yığım edir. Həmin şəxslərə pulu dəyərləndirərək yığım etmələri tövsiyə olunur. Əks təqdirdə, onlar da yuxarıda qeyd etdiyim kimi sadəcə pulun dəyərinin azalması ilə üzləşəcəklər. Yəni kimsə düşünməsin ki, yığım edəcəyəm və daşınmaz əmlak alacağam. Pulun dəyərinin neçə faiz azalması və eyni zamanda mənzil bazarında ildə neçə faiz artım olduğunu müqayisə etmək kifayətdir.

Hər kəsin maliyyə savadının olmaması başadüşüləndir. Bu barədə sıfır biliyi olan biri ən azından pulu banka depozit kimi yerləşdirə bilər.

Məsələn, xarici ölkələrdə, xüsusilə Türkiyədə bu yanaşma daha populyardır. Müəyyən yığımı olan şəxs ilk növbədə onu banka depozit kimi yerləşdirir. Depozit gəliri ilə kirayə xərcini, kommunal xərcləri və qidalanmanı qarşılayır. Ailə üzvlərinin əməkhaqqı və şəxsin əlavə gəliri isə əksərən qızıla və xarici valyutaya çevrilərək yığım edilir.

Təbii ki, orada sabit deyil, dəyişən valyuta sistemi mövcuddur. Bundan əlavə, inflyasiya səviyyəsinə görə aylıq olaraq depozit faizləri dəyişir. Amma ən azından vətəndaş milli valyutanı dəyərləndirə bilir, yığım edib dəyərini itirməsinin qarşısını alır"-deyə G. Hüseynova qeyd edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 May 2026 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see300

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see295

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see278

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see277

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see276

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see275

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see269

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see269

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see269

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see262

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see241

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see240

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see238

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see233

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see232

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see230

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see230

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see226

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see226

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see226
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri